Şeyx aldığı sərt məktuba cavab verəcəkmi?

Gürcüstanın baş naziri Qaxariyanın Azərbaycana rəsmi səfəri günü Bütün Gürcüstanın patriarxı katolikos II İliya Qafqaz müsəlmanları idarəsinin şeyxi Allahşükür Paşazadəyə məktub ünvanlayıb. Məktubda katolikos II İliya Keşikçidağ monastırı ilə bağlı faktiki olaraq Azərbaycan tərəfi ittiham edib.

"Bu gün Azərbaycan tərəfinin iddiaları tamamilə anlaşılmazdır. 2019-cu ildən etibarən bizi Çiçxituri və Udabno monastırlarından faktiki məhrum ediblər. Bu monastırların yaxınlığında hələ qeyri-müəyyən bir yerdə sərhəd bölməsi tikiblər və ziyarətçilərin, turistlərin və hətta din xadimlərinin ziyarətinin tamamilə qarşısını kəsiblər. Biz bununla barışmayacağıq "- məktubda deyilir.

Katolikosun məktubundakı sərt ton açıq hiss olunur. Keşikçidağ böhranının indiyədək normal münasibətlər halında tənzimlənməməsinin günahkarları hər iki tərəfin diplomatik idarələrinin olduğu qənaətinə gəlmək mümkündür. Gürcüstan da, Azərbaycan da bir-biri ilə yaxın qonşu və dost münasibətdədirlər. Bu coğrafiyada hər iki dövlətin əraziləri işğal olunub və eyni taleni yaşadıqları kimi, həm də eyni dərəcədə bir-birindən iqtisadi-coğrafi baxımdan asılıdırlar. Gürcüstanla bizim münasibətlərdəki soyuqluq və gərginlik yalnız ermənilərin dəyirmanına su tökmək kimi dəyərləndirilməlidir. Ona görə də hər iki ölkənin bu məsələyə məsul olan səlahiyyətliləri qarşıdurmaya səbəb olan bütün səbəbləri aradan qaldırmaq üçün çalışmalı və hər iki ölkənin ictimaiyyətini məlumatlandırmalıdır.

Katolikosun məktubundakı sərt ton və ittihamlar isə qəbulolunmazdır. Məktub hörmətli Şeyxə ünvanlandığı üçün onun cavabı diqqətçəkici olacaq. Hesab edirik ki, cavab məktubu və məktubun üslubu peşəkar formada hazırlanmalı, Azərbaycanın maraqları tam nəzərə alınmaqla, II İliyanın “barışmaycağıq” təhdidinə eyni tərzdə cavab verilməlidir. Güman edirik ki, hörmətli Şeyx müvafiq səlahiyyət sahibləri ilə məsləhətlişdikdən sonra nəzərdə tutulan cavabı yaxın zamanda verəcək və Katolikosun məktubundan narahat olan əhalini mətbuat xidməti vasitəsilə məlumatlandıracaq. Uğurlar!

Moderator.az

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Təhsil naziri Almaniya Federativ Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

SONRAKI XƏBƏR

Bakıda yük maşını aşdı, yol bağlandı - VİDEO