Müsavat başqanlığına namizədlərin debatı: 5 əsas məqam

Müsavat başqanlığına namizədlərin debatı: 5 əsas məqam

Müsavat partiyası yeni rəhbər seçkisi ərəfəsində başqanlığına üç namizədin debatı baş tutub.

Müsavat partiyasının yeni rəhbər seçkisi ərəfəsində başqanlığına üç namizədin debatı baş tutub. BBC News Azərbaycanca debatda iştirak etmiş namizədlər hazırkı başqan Arif Hacılı və keçmiş başqan müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqlının çıxışlarından 5 əsas məqamı təqdim edir.

1. Başqan seçilsələr nə edəcəklər?

Hazırkı başqan Arif Hacılı bildirib ki, o, "həyatının əsas hissəsini Müsavata" həsr edib və hədəfi Müsavat partiyasını Azərbaycanda "hakim partiya etməkdir" və bu səbəbdən də ona səs verilməlidir.

Tofiq Yaqublu deyib ki, Müsavat partiyası "indi olduğu yerdən daha irəlidə" olmalıdır. Onun fikrincə, partiyadaxili dəyişiklik lazımdır və "müsavat başqanı daha enerjili" olmalıdır.

"Müxalifət yığıncaqlarını keçirmək üçün niyə yer tapa bilmir?""Mən özüm Xalq Cəbhəsini onun üçün yaradırdım ki..." Zərdüşt Əlizadə

Yadigar Sadıqlı deyib ki, son 5 ildə partiyada idarəçilik ürəkaçan olmayıb və "rəhbərliyin yanlış idarəetməsi nəticəsində hadisələrin önündə deyil, arxasınca gedib yetərincə prinsipial reaksiya ortaya qoya bilməyib".

2. Müsavat partiyasında plüralizmin mövcud olmaması ilə bağlı olub.

Başqanlığa namizədlərdən ikisi Yadigar Sadıqlı və Tofiq Yaqublu partiya daxilində plüralizmin olmamasını tənqid ediblər.

Onlar hazırkı başqan Arif Hacılının rəhbər olduğu dövrdə tənqidi fikirlər səsləndirdiklərinə görə qınaq obiyektinə çevrildiklərini dilə gətiriblər.

Arif Hacılı isə deyib ki, rəqiblərinin fikri ilə razı deyil: "Müsavat daxilində plüralizm olmasaydı, burada belə bir debat keçirilməzdi və siz mənim haqqımda tənqidi fikirlərinizi səsləndirməzdiniz".

Geriyə baxış-Azərbaycan Xalq Cəbhəsi 30: İsa Qəmbərlə müsahibəFaktları yoxlayırıq: Qarabağ münaqişəsi AXC-Müsavat cütlüyünün "ağır mirası"dırmı?3. İsa Qəmbərin namizədlərdən birini dəstəkləməsi

Yadigar Sadıqlı deyib ki, İsa Qəmbərin Müsavat daxilində ciddi nüfuzu var və bu qurultay öncəsi üzvləri Arif Hacılıya səs verməyə səsləməsi seçkilərin nəticələrini şübhə altına salır.

Tofiq Yaqublu hesab edib ki, İsa Qəmbərin partiya daxilində qərarlar verilərkən Arif Hacılıya təsir etməsi barədə fikirlər həqiqəti əks etdirmir.

"İsa Qəmbərin Arif Hacılını dəstəkləməsi onun hüququdur, onu dəstəkləyə bilər".

Arif Hacılı deyib ki, "Müsavat partiyası elə qaydalarla idarə olunur ki, burada Arif Hacılının iradəsi elə də rol oynamır".

4. Ölkədə keçiriləcək parlament və prezident seçkilərinə getməkmi, boykotmu?

Yadigar Sadıqlı söyləyib ki, o, partiyanın seçkilərdə iştirakının tərəfdarı olub.

Heydər Əliyev Azərbaycana nə verib?Azərbaycan: Siyasi partiyalarda gender balansı necə gözlənir?

"Müxalifət seçkilərdə fəal iştirak etməlidir. Demirəm bu 100 faiz xeyirdir, amma xeyiri ziyandan çoxdur. Rayonlarda yığıncaq edə bilmədik, amma parlament seçkilərində hücumlar olsa da görüşmək olur, məhdud imkanlarımızı genişləndirir. Buna görə də seçkilərin tərəfdarıyam".

Tofiq Yaqublu isə seçkilər barədə mövqe bildirməyin əleyhinə olduğunu deyib.

"Bu dəqiqə internet televiziyalarla seçicilərə müraciət etmək olar, rayonlara gedəndə əhali tökülüb gəlmir, az gəlir. Mühit yaxşı olsa, əlbəttə, yaxşı olar".

Arif Hacılı isə "seçkiləri çox sevirəm" deyərək qərarı partiyaya buraxıb.

"İlk dəfə 22 yaşım olanda kənd soveti seçkilərində iştirak etmişəm. Dörd dəfə parlamentə seçilmişəm. Siyasətçinin vəzifəsi seçkilərdə iştirak etməkdir. Seçkilərin demokratikliyi üçün bir neçə şərt var. Seçkiqabağı demokratik şərait olmalıdır. Partiya qərar versə ki, gedək, gedəcəyik".

Azərbaycanda qalmaqalla istefa verən ilk deputat Fazil Mustafa: "Azərbaycan xalqında demokratik istək təhlükəsizlik istəyindən arxadadır"5. Müsavat partiyasının adının "mühacirlik alverində" hallanması

Yadigar Sadıqlı deyib ki, "sosial şəbəkədə yayılan məlumata görə, son beş ildə Müsavat partiyasının 197 üzvü arayış alaraq Avropa, Amerika və Kanadaya gedib".

O əlavə edib ki, Müsavatın adı "mühacirlik alverində" hallanandan sonra bu məsələlərə aydınlıq gətirilməsini rəhbərlikdən tələb etsə də, onu qane edən cavab almayıb.

Tofiq Yaqublu deyib ki, o, haqqında danışılan arayışlara baxsa, onların həqiqi olub-olmadığını deyə bilər, amma onun həmin arayışlara baxmasına rəhbərlik icazə vermir.

Arif Hacılı deyib ki, partiya üzvlərinə onların Müsavata üzvlüyünü təsdiqləyən arayışları partiyanın rayon təşkilatının sədrlərinin təqdimatı ilə partiyanın İcra Aparatı yoxlayıb təsdiqləyir. Başqan bu arayışları vermir. Arif Hacılı əlavə edib ki, saxta arayış məsələləri ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Mənbə: www.bbc.com