Ukrayna və Türkiyə şirkətləri hərbi radiostansiyanın alınmasına dair saziş imzalayıblar

Ukrayna və Türkiyə şirkətləri hərbi radiostansiyanın alınmasına dair saziş imzalayıblar

Kiyev, 9 oktyabr, AZƏRTAC

Ukraynanın “Spetstexnieksport” dövlət şirkəti Kiyevdə keçirilən “Silahlar və təhlükəsizlik - 2019” sərgisi çərçivəsində Türkiyənin “Aselsan” şirkəti ilə 6 milyon dollar dəyərində UKB radiostansiyasının alınması barədə saziş imzalayıb.

Bu barədə AZƏRTAC “Ukroboronprom”un saytına istinadla xəbər verir.

Türkiyə istehsalı olan hərbi radiostansiya Ukrayna ordusuna 2020-ci il ərzində çatdırılacaq. Bu radio sistem Ukrayna Müdafiə Nazirliyi üçün rabitə sahəsində yeni texnologiyanın tətbiqinə imkan verəcək.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Kiyev

Mənbə: azertag.az