Dünyada ilk klonlaşdırılmış inək öldü

Dünyada ilk klonlaşdırılmış inək öldü

Klonlaşdırma nəticəsində dünyaya gələn Kaqa ləqəbli inək İsikava prefekturasında ölüb.

Open.az "TASS"a istinadən xəbər verir ki, bu barədə yapon KİV-ləri məlumat yayıb.

İnəyin 21 il 3 ay yaşadığı bildirilib. Son həftələr ərzində inəyin müstəqil hərəkət etməsi çətinləşib və baytar həkimlər ona müxtəlif qidalar, iltihab əleyhinə dərmanlar veriblər.

Heyvanın Noto ləqəbli əkiz tayı da ötən il təbii səbəblərdən ölüb.

Qeyd edək ki, Noto və Kaga 1998-ci ilin iyul ayında anadan olublar. Yetkin kök hüceyrələrindən istifadə edən Kindai Universitetinin mütəxəssisləri tərəfindən klonlaşdırılıblar.

Gülnar Qafarlı

Mənbə: open.az