Gürcüstanın XİN başçısı: "Baş nazirin ilk səfərini Azərbaycana etməsi böyük əhəmiyyət kəsb edir"

Gürcüstanın XİN başçısı: "Baş nazirin ilk səfərini Azərbaycana etməsi böyük əhəmiyyət kəsb edir"

"Gürcüstan baş naziri Giorgi Qaxarianın ilk səfərini qonşu və strateji tərəfdaş olan Azərbaycana etməsi böyük əhəmiyyət kəsb edir".

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Onun sözlərinə görə, bu səfər həmçinin beynəlxalq əhəmiyyət daşıyıb: "Bu səfər göstərir ki, Gürcüstan əsas strateji tərəfdaşla münasibətlərin gücləndirilməsinə necə böyük önəm verir. Səfər çərçivəsində ikitərəfli münasibətlər müzakirə olunub və regiondakı vəziyyət, geosiyasi əhəmiyyət kəsb edən, olduqca uğurlu nəqliyyat və infrastruktur layihələri də nəzərdən keçirilib".

Mənbə: report.az