Erməni politoloq: “Osipyan uzaqlaşmaqla polisə mesaj göndərib ki, Paşinyanın komandasının üzvü deyil”

Erməni politoloq: “Osipyan uzaqlaşmaqla polisə mesaj göndərib ki, Paşinyanın komandasının üzvü deyil”

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu erməni politoloq Armen Badalyan bildirib.

O qeyd edib ki, Ermənistanın hazırkı hökuməti Nikol Paşinyanın rəhbərliyi ilə keçmiş sistemin qəbul etdiyi metodlarla fəaliyyət göstərir.

“Müşavir o zaman hər hansı ciddi fəaliyyətlə məşğul olmurdu, ancaq maaş alırdı. İndi Baş nazir, deyəsən, eyni üsulla rəhbər olmağa çalışır, çünki sən adamı vəzifəsindən azad edirsən, müşavir vəzifəsi verirsən, anlamağa çalışırsan ki, o, sənin komanda yoldaşın kimi qalmağa davam edir, sadəcə vəzifəsini dəyişib. Bu, keçmiş cinayətkar oliqarxik sistemdə çox qəbul olunmuş iş üsulu idi. Baş nazir eyni prinsiplə hərəkət etdi, lakin görünür ki, keçmiş Polis rəisi bu üsula razılıq verməyib”,- deyə Badalyan bildirib.

Onun sözlərinə görə, Osipyan uzaqlaşmaqla polis işçilərinə mesaj göndərib ki, o, Paşinyanın komanda üzvü deyil və Baş nazirin fəaliyyətini qəbul etmir.

Alpər Mövludoğlu

Mənbə: ordu.az