Trampdan Türkiyə AÇIQLAMASI: Avropalı İŞİD-çiləri verə bilərik!

ABŞ prezidenti Donald Tramp Türkiyənin Fərat çayının şərqində planlaşdırdığı antiterror əməliyyatı ilə bağlı açıqlama verib.

Unikal.org xəbər verir ki, ABŞ prezidenti twitter səhifəsində bunları qeyd edib:

"Şərq ölkələrində bir çox qruplar arasındakı qarşıdurmalar yüz illərdir davam edir. ABŞ heç vaxt Yaxın Şərqdə olmamalı idi. Son qərarımızla, 50 əsgərimizi məlum ərazidən çəkdik. Avropanın qəbul etmədiyi, ABŞ ordusu tərəfindən saxlanılan Avropalı IŞİD-çiləri Türkiyə təhvil verə bilərik. Sonu olmayan axmaq bir müharibə, bizim üçün bitir".

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

“Kişi böyüdə bilmirsinizsə, doğmayın” - Məşhurlarımız Leyla üçün ayağa qalxdı

SONRAKI XƏBƏR

Türkiyənin Suriyadakı hərəkatını idarə edənlər