Məleykə Abbaszadə: "Əvvəllər məzmunla əlaqəli uyğunsuzluqlar hər il müşahidə olunurdu"

Məleykə Abbaszadə: "Əvvəllər məzmunla əlaqəli uyğunsuzluqlar hər il müşahidə olunurdu"

"Əvvəllər məzmunla əlaqəli uyğunsuzluqlar hər il müşahidə olunurdu".

Bu sözləri Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı deyib.

DİM sədrinin sözlərinə görə, müəllim özü bilmədiyini auditoriyaya da öyrədə bilməz:

"Kurikulum sisteminin tətbiqinin ilk nəticəsində müşahidə etdik ki, bu, tədris prosesində əhatə olunmayıb. Bunun da imtahan nəticəsinə təsiri məlum idi".

M.Abbaszadə əlavə edib ki, 2013-cü ildə birinci sinfə gedən şagirdlərin 32,9%-i 2023-cü ildə ali məktəblərə qəbul olunub.

"Şagirdlərin 22,3%-i isə ali məktəb və kolleclərə qəbul olunmayıb. 9,6%-i 11-ci sinifdən sonra universitet və kollec üçün sənəd verməyib. 7,7%-i peşə məktəblərinə və ümumi orta təhsil bazasında kolleclərə qəbul olunub", - M.Abbaszadə vurğulayıb.

Mənbə: oxu.az