Paşinyan Qarabağa Sorosun adamını gətirir

Paşinyan Qarabağa Sorosun adamını gətirir

2020-ci ildə Dağlıq Qarabağdakı işğalçı rejim qondarma prezident seçkiləri keçirəcək.

Bako Saakyanın postunu ələ keçirmək uğrunda Köçəryan - Sarkisyan rejimi ilə Paşinyan hakimiyyəti arasında mübarizənin artdığı müşahidə olunur. Sabiq dövlət başçısı Robert Köçəryanın həbsi, Rusiya Prezidenti Vladimir Putinin ötən həftə onun xanımı Bella Köçəryanla görüşməsi, Azərbaycan ərazilərinin işğalında iştirak etmiş bir qrup şəxsin Paşinyanın əleyhinə bəyanat verməsi bu qarşıdurmanın əlamətləridir. Siyasi müşahidəçilər, hətta seçkilər öncəsi sözügedən rəqabətin silahlı toqquşmalara gətirib çıxaracağını istisna etmir. Artıq Nikol Paşinyan hökuməti 2020-ci ildə hərbi xuntanın başına gətirmək üçün öz namizədini müəyyənləşdirib. “Joxovurd” qəzetinin yazdığına görə, Ermənistanın favorit namizədi qondarma DQR-in “xarici işlər naziri” Masis Mailyandır.

Nikol Paşinyanın Dağlıq Qarabağın uydurma sabiq baş naziri Araik Arutunyana rəğbətinin olmamsı səbəbindən Masis Mailyanın üzərində dayandığı bildirilir. Lakin "Qarabağ klanı"nın təmsilçisi olan Masis Mailyanı Nikol Paşinyana bağlayan başqa səbəblər var: “Əldə etdiymiz məlumata görə, Ermənistanın əvvəlki vətəndaş cəmiyyəti sektoru Qarabağdakı seçkilərdə öz namizədinin olmasını çoxdan planlaşdırırdı” - deyə qeyd edən mənbə Mailyanın əslində, Paşinyanın “Məxməri inqilab”ını maliyyələşdirən milyarder Corc Sorosa bağlı olduğunu yazır.

“Masis Mailyan isə hər şeyə rəğmən Ermənistan hakimiyyətinin bir hissəsinin favoritinə çevrilib. Çünki o və hakim komandanın bir çox deputatları, hətta bu gün vətəndaş cəmiyyətindən Vətəndaş Sazişi Partiyasının idarəçiliyinə gələn qanad da Soros Fondundan vəsait alan bir təşkilatda yerləşir”.

Müşfiq Abdulla
Cebhe.info

 

 

Mənbə: cebhe.info