İran Türkiyəni Suriyadakı hərbi əməliyyatı dayandırmağa çağırıb

İran Türkiyəni Suriyadakı hərbi əməliyyatı dayandırmağa çağırıb

İran Türkiyəni Suriyanın şimalındakı hərbi əməliyyatını dayandırmaq və hərbi qüvvələrini buradan geri çəkməyə çağırıb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi bəyanat verib.

İran XİN-i bununla ikinci dəfə olaraq Türkiyənin “Barış pınarı” əməliyyatı haqda bəyanat verib və rəsmi Ankaranı bu əməliyyatı dərhal dayandırmaq və hərbi qüvvələrini Suriyadan çıxarmağa çağırıb.

Qeyd edək ki, bundan öncə İranın prezidenti Həsən Ruhani də Türkiyəni hərbi yolla deyil, rəsmi Dəməşqlə danışıqlar yolunu seçməyə çağırıb.

Həsən Ruhani ötən günkü çıxışında bildirib ki, "Türkiyənin cənub sərhədlərilə bağlı narahatlıq keçirməyə və bu narahatlığı aradan qaldırmağa haqqı var, lakin rəsmi Dəməşqlə danışıqlar yolu ilə."

Mənbə: www.interaztv.com