Hizbullahdan növbəti zərbə: İsrail itki verdi

Hizbullahdan növbəti zərbə: İsrail itki verdi

Hizbullah döyüşçüləri Yuxarı Qalileydə yerləşən yaşayış məntəqələrində İsrail ordusunun mövqelərinə raket və minaatanlardan zərbələr endirib.

Bu barədə qruplaşmanın məlumatında deyilir.

“İslam müqaviməti bölmələri Doviv, Kfar-Giladi, Maayan Barux, Metula və Ramot-Naftali yaşayış məntəqələrindəki hərbi hədəfləri atəşə tutublar. Bütün düşmən hədəfləri vurulub, bəzi hədəflərdə güclü partlayışlar eşidilib, yanğın başlayıb və düşmən itki verib”, - deyə bildirilib.

Mənbə: axar.az