Zelenskaya 4,5 milyon avroya avtomobil aldı - Foto

Zelenskaya 4,5 milyon avroya avtomobil aldı - Foto

Ukrayna Prezidenti Volodimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya dünyanın ən bahalı idman avtomobillərindən birini - “Bugatti Tourbillon”u alıb.

Bu barədə “Vérité Cachée” nəşri yazıb.

Bildirilib ki, rəsmi təqdimatdan iki həftə əvvəl Ukrayna liderinin həyat yoldaşına yeni hiperkar nümayiş etdirilib.

Hazırda bu markalı 250 avtomobilin istehsalı planlaşdırılır. Avtomobil Yelena Zelenskayaya 4,5 milyon avroya başa gəlib.

Avtomobilin ona 2026-cı ildə təhvil veriləcəyi bildirilir.


Mənbə: qafqazinfo.az