İranın yeni prezidentindən gözləntilər - mövqe

İranın yeni prezidentindən gözləntilər - mövqe

Kənan Rövşənoğlu: “Güman etmirəm ki, Cəlili seçilsə, Azərbaycanla ciddi problemi olacaq”

İranda seçki həyəcanı davam edir. Prezident iyulun 5-də keçiriləcək ikinci turda bəlli olacaq. Birinci turda ən çox səsi Məsud Pezeşkian toplayıb. Onun rəqibi Səid Cəlilidir. Hələlik görünən budur ki, Pezeşkian İranın növbəti prezidenti olacaq. Ancaq bir sıra təhlilçilər iyulun 5-də keçiriləcək prezident seçkisinin ikinci turunda sürpriz nəticə ola biləcəyini də istisna etmirlər.

İran prezidentliyinə namizədlər Məsud Pezeşkian və Səid Cəlili iyulun 5-də keçiriləcək səsvermənin ikinci turundan əvvəl bazar ertəsi və çərşənbə axşamı iki teledebatda iştirak edəcəklər.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə İranın milli televiziyası məlumat yayıb.

Verilən informasiyaya görə, ilk debat bazar ertəsi saat 21:30-da, ikinci debat isə çərşənbə axşamı saat 21:30-da baş tutacaq. Bundan əlavə, İran prezidentliyinə iddialı iki namizəd haqqında sənədli filmlər nümayiş etdiriləcək, onların seçki kampaniyaları çərçivəsində xalq qarşısında çıxışları da olacaq.

Bu iki namizəddən hansı Azərbaycan üçün daha arzuolunandır? Yoxsa heç bir fərqi yoxdur? Məsələ ondadır ki, Ermənistan Pezeşkianın yox, Səid Cəililinin seçilməsini arzulayır. Ermənilərin bunda marağı nədir?

fikret.jpeg (167 KB)

Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə ekspert Fikrət Yusifov cənub qonşumuzdakı bu seçkilərin demokratik keçirildiyinə inanmır: “Biz bu mövzuda son günlər bir neçə dəfə fikirlər səsləndirmişik. İranda kimin prezident seçilməsi İran hakimiyyətinin mahiyyətində ciddi bir dəyişikliyə səbəb ola bilməz. Prezident İran dövlətinin əsas siyasi fiquru hesab edilsə də, faktiki olaraq bu dövlət onun Ali Rəhbəri tərəfindən idarə olunur və dövlətin idarəçilik strategiyasını bütövlükdə o müəyyən edir. Seçkilərə gəlincə isə onun demokratik keçirilməsi ilə bağlı yaradılan abı-hava da heç inandırıcı görünmür. Əgər namizədliyini irəli sürmüş adamlar bir neçə dəfə Ali rəhbərin süzgəcindən keçdikdən sonra onun seçkilərdə iştirakına razılıq verilirsə, burada hansı demokratik seçkilərdən söhbət gedə bilər?

Cəlilinin ermənilər tərəfindən dəstəklənməsi bu adamın siyasətçi kimi mahiyyətini ortaya qoyur. Təbii ki, Səid Cəlilinin baxışları Ali rəhbərin tələblərinə uyğun olmasaydı, onun seçkidə iştirakı da mümkün olmazdı. Bir sözlə, İranda prezident seçkisinin nəyisə dəyişəcəyinə ümid etmək mənasızdır. Nə qədər ki, mövcud idarəçilik rejimi hakimiyyətdədir, bu hakimiyyətin mahiyyətinin dəyişməsi mümkün deyil".

Sona Əliyeva: "Bu müsahibədən sonra məni topa tutacaqlar" - Müsahibə

Sona Əliyeva

Sabiq deputat, siyasi təhlilçi Sona Əliyeva ermənilərin Səid Cəlilinin prezident seçilməsini arzuladıqlarını söylədi: “İranda kimin prezident seçilməsinin Azərbaycan üçün elə bir önəmi yoxdur. Tehran hökuməti Azərbaycanla qarşılıqlı əlaqələrin daha da inkişafında maraqlı olmalıdır. İndiki və bundan sonrakı proseslərdə bu, İran üçün vacibdir. Azərbaycan Respublikası bütün qonşuları ilə sülh şəraitində yaşamaq istəyir. İranda seçiləcək istənilən prezident mövcud mollakratiyanın sifarişlərini yerinə yetirəcək. Yenə də əsas söz sahibi Əli Xameneyi olacaq. Ermənistanda hakim dairələrin Səid Cəlilinin prezident seçilməsini istəyənlər bir neçə səbəbə görə onun yeni ölkə başçısı olmasını arzulayır. Birincisi, Səid Cəlili Ermənistanın dar günlərdə hamisi sayılan Əli Xameneyinin adamıdır. Onun ən yaxın silahdaşlarındandır. Məhz buna görə də onun prezident seçiləcəyi daha inandırıcı görünür. İkincisi, Səid Cəlili qatı fars milliyyətçisi və türk birliyinin qatı əleyhdarıdır. İrəvanda düşünürlər ki, Cəlili hakimiyyətə gəlsə, Zəngəzur dəhlizinin açılmasına maneələr yarada biləcək. Üçüncüsü, Səid Cəlili İranın Qərblə nüvə danışıqlarında əsas fiqurlardan sayılır. Uzun illər Qərblə nüvə danışıqlarını İran tərəfdən məhz Səid Cəlili aparıb. Qərbin də istəyi İranda məhz Cəlilinin hakimiyyətə gəlməsidir. Ermənistanın hazırkı rəhbəri də "Qərb uşağı"dır. Bu səbəbdən, Paşinyan və onun komandası Cəlilinin prezident seçilməsini arzulayır. Maraqlı məqam ondan ibarətdir ki, İranda “yaşayan şəhid” ünvanını alan Cəlili Azərbaycandan daha çox ermənipərəst mövqeyi ilə seçilib. Zəngəzur dəhlizi məsələsində bir neçə dəfə erməniləri müdafiə edib. Hətta Qafanda İran konsulluğunun açılması ideyasını da məhz Cəlilinin verdiyi iddia olunur. Görünür, erməni lobbisi Cəlili kimi atom diplomatlarını da öz qarmağına keçirə bilib".

Yazarlar Kənan Rövşənoğlu

Kənan Rövşənoğlu

Tanınmış siyasət yazarı Kənan Rövşənoğlu Səid Cəlili prezident seçilsə belə, Azərbaycanla münasibətlərin gərginləşəcəyini düşünmür: “Seçkilərdə Pezeşkiyanın seçilməsi ehtimalı hələ də qalır. Düzdür, ikinci turda mühafizəkarlar artıq bir namizədlə iştirak edəcək, amma əgər islahatçılar daha çox insanı seçkiyə cəlb edə bilsə, o zaman Pezeşkianın qalib gəlmək şansı artacaq. Bu səbəbdən də hazırda indidən nəsə demək çətindir. Azərbaycana gəlincə, aydın məsələdir ki, İranda prezident dövlətin birinci şəxsi deyil, dövlətin siyasi kursunu prezident müəyyən etmir. Ancaq əlbəttə, prezidentin kimliyinin xarici siyasətə ciddi təsiri var. Pezeşkian azərbaycanlıdır, Azərbaycanla münasibətlərin yaxşı səviyyədə olmasına çalışacaq, amma yenə deyirəm, bu, ümumi siyasi kursdan asılı olacaq. Ancaq mən güman etmirəm ki, Cəlili də seçilsə, Azərbaycanla ciddi problemi olacaq. Hazırda münasibətlər yaxşıdır, bu kurs davam edəcək. İran-Ermənistan münasibətləri daha çox Ermənistanın siyasətindən asılıdır. Ermənistanın Qərblə yaxınlaşması Tehran-İrəvan münasibətlərinə mənfi təsir edir və etməkdə davam edəcək deyə düşünürəm”.

“İranda baş verən siyasi proseslər şübhəsiz ki, Azərbaycan ictimaiyyətinin diqqət mərkəzindədir”.

Bunu Bakupost.az-a açıqlamasında deputat Hikmət Babaoğlu deyib.

Onun sözlərinə görə, İranda keçirilən prezident seçkisində Məsud Pezeşkian qalib gələrsə, bu, ölkə tarixində ilk azərbaycanlının prezident seçilməsi hadisəsi olacaq: “Bu da əlbəttə ki, İranda yaşayan azərbaycanlıların iradəsi nəticəsində mümkündür. Amma biz bilirik ki, İranın siyasi sistemi vahiddir, oradakı daxili siyasi proseslərə İran vətəndaşları fərqli prizmadan baxırlar. Yəni bizim baxdığımız milli baxışlar İran seçicilərinin baxışlarından xeyli fərqlidir. Nəticə etibarilə İranda sosial identiklik və siyasi hədəflər tamamilə fərqli kriteriyalar üzərində formalaşır. Məsud Pəzəşkian İran siyasi sisteminin yetişdirdiyi siyasətçi olduğu üçün ondan çox da böyük islahatlar gözləmək doğru deyil. O, İran siyasi dəyərlərini də öz fəaliyyətində bir tezis kimi müəyyən edəcək”.

Millət vəkili Hikmət Babaoğlu yeni kompüter həvəsinə düşüb | KONKRET

Hikmət Babaoğlu

H.Babaoğlu hesab edir ki, Məsud Pezeşkian prezident seçildiyi təqdirdə İran-Azərbaycan münasibətlərində yeni səhifə açılacağı barədə fikirlər yanlışdır: “Seçilən şəxs kim olursa-olsun, söhbət İran vətəndaşından gedir. Biz əgər seçki kampaniyası zamanı əslən azərbaycanlı olan Məsud Pezeşkianın çıxışlarına diqqət yetirsək, görəcəyik ki, o, məhz Azərbaycan vətəndaşlarının, bizim gözləntilərimizlə bağlı elə bir fikir ifadə etməyib və xüsusi hədəf də müəyyənləşdirməyib. Böyük ehtimalla etnik mənsubiyyətinə görə Məsud Pezeşkianın prezident seçilməsi baş tutmaya bilər. O, hətta seçilsə belə, İranın Azərbaycanla münasibətlərində fövqəladə bir irəliləyiş və dərinləşmənin şahidi olmayacağıq”.

Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev Bakıvaxtı.az-a açıqlamasında deyib ki, İranda keçirilən prezident seçkisi Azərbaycan üçün çox önəmlidir: “Təkcə ona görə yox ki, İran bizim cənub qonşumuzdur, həm də ona görə ki, İranda milyonlarla soydaşımız yaşayır. Güney Azərbaycanda soydaşlarımızın hüquqları həddindən artıq tapdanır. İranın dini rəhbəri Xameneyi söz versə də, ölkə konstitusiyasına əməl olunmur. İranda çox ciddi düşünülmüş siyasi oyun gedir. İndiyədək düşünürdüm ki, Xameneyi uzaqgörən siyasətçi deyil. Amma yanıldığımı qəbul edirəm. İş ondadır ki, həm Məsud Pezeşkian, həm də Səid Cəlili, yəni iki güclü namizəd ikinci tura qaldı. Qallibaf Cəlilini dəstəkləmək adı ilə geri çəkildi, ancaq onsuz da onun tərəfdarları az idi. Pezeşkian reformist kimi təqdim olunur. Bir neçə yüksək vəzifə tutub, tanınmış həkim-kardioloqdur. Burada maraqlı olan başqa nüanslar var. Xomeneyinin əvvəldən qurduğu oyun ondan ibarətdir ki, Pezeşkianın atası türkdür. Səid Cəlilinin isə anası türkdür. Cəlili diniyönümlü, mühafizəkar şəxsdir. Pezeşkian islahatçıdır”.

Həmsöhbətimiz vurğulayıb ki, Xameneyi bu gedişlə farsları, türkləri, mühafizəkarları, islahatçıları seçki prosesinə cəlb edir.

Onun sözlərinə görə, ümumiyyətlə, Tehran rejimi xalqlar üzərində hibrid siyasəti çoxdan icra edir. Belə ki, türk kişiləri fars qadınlarla, fars kişiləri isə türk qadınlarla evləndirirlər: “Bu, İranın dövlət siyasətinin tərkib hissəsidir. Əsas məqsədlərindən biri də türkləri assimilyasiya etməkdir”.

Nuriyev hesab edir ki, ikinci turda da Pezeşkianın seçkini qazanma şansı daha çoxdur: “Cəlilinin Xameneyi tərəfindən dəstəkləndiyi deyilsə də, qələbə qazanmayacaq. Xameneyi hakimiyyətə öz oğlunu gətirmək istəyir. Cəlilinin prezident seçilməsi dini rəhbərin oğlu üçün ciddi alternativ olar. Ona görə Pezeşkianın seçilməsində Xameneyi də maraqlıdır. Düzdür, Pezeşkian reformator kimi tanınır və ABŞ-la münasibətlərin qurulmasını istəyir. Amma ümumilikdə heç bir prezident inqilabdan sonra yaranmış rejimin ziddinə addım atmır”.

“Hər halda, İran üçün yeni bir səhifə açılır. Lakin Pezeşkianın azərbaycanlılar üçün gün ağlayacağını düşünmür. İranda türklərə yaradılan "yaşıl işıq" siyasi texnologiyadan başqa bir şey deyil. Türkləri cilovlamaq üçün ortaya atılmış bir oyundur. Bizi çox aldadıblar. Bu dəfə də aldadırlar", - deyə Cümşüd Nuriyev əlavə edib.

Asif Nərimanlı: Azərbaycan danışıqlar prosesində Fransanın iştirakına imkan  vermir

Asif Nərimanlı

İran seçkiləri ilə bağlı siyasi analitik Asif Nərimanlının da fikirləri xüsusi diqqət çəkir: “İranda seçkilər gözlənildiyi kimi, II tura qaldı. Bu o deməkdir ki, seçki prosesi öncədən planlaşdırılan "mühafizəkarların birləşməsi" ssenarisi üzrə davam edir. Mühafizəkarlar arasında Qalibafın yox, Səid Cəlilinin önə çıxması isə əsas diqqətçəkən məqamdır. Halbuki seçkidən öncə iki namizəd Qalibafın xeyrinə geri çəkilmişdi və o, daha loyal fiqur kimi müxtəlif təbəqələr tərəfindən dəstəklənirdi. Bu baxımdan, Qalibafın 3 milyon, Cəlilinin isə 9 milyon civarında səs toplaması şübhələrə yol açır. Seçkiöncəsi rəy sorğularında da mühafizəkar namizədlər arasında Qalibaf Cəlilidən öndə idi. Görünür, dini liderə daha yaxın olan və Rəisi hökuməti tərəfindən də dəstəklənən Cəlilinin önünü açıblar. I turda 10 milyondan çox səs toplayan Pezeşkianın II turda da liderliyini davam etdirməsi sual altındadır: düz məntiqlə Qalibaf da daxil olmaqla mühafizəkarların səsi II turda Cəliliyə getməlidir, digər tərəfdən, İranda seçkinin təkcə qutulara atılan bülletenlərlə həll edilmədiyini nəzərə alsaq, Cəlilinin yeni prezident olması ehtimalı çoxalır. Bu seçki mübarizəsi kimin seçilməsindən daha çox, mühafizəkar qanada daxili qarşıdurmanı davam etdirəcəkləri təqdirdə, nələrlə üzləşə biləcəklərinin nümayiş etdirilməsi baxımından maraqlıdır".

Cavanşir ABBASLI
“Yeni Müsavat”


Mənbə: musavat.com