Osipyan Paşinyanın oğlunun görüntülərinə görə vəzifəsindən azad edilib?

Osipyan Paşinyanın oğlunun görüntülərinə görə vəzifəsindən azad edilib?

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Paşinyan Valeri Osipyanı Ermənistanın Polis rəisi vəzifəsindən azad edib, çünki işğal altında olan Xankəndində qulluq edən, lakin İrəvan küçələrində cangüdənin müşayiəti ilə gəzən onun oğlu Aşotu kimsə telefonla çəkərək sosial şəbəkəyə yerləşdirib.

Hadisə sentyabrın 16-da baş verib. Valeri Osipyan isə sentyabrın 18-də Paşinyanın əmri ilə Ermənistanın Polis rəisi vəzifəsindən istefa verib.

Xatırladaq ki, sentyabrın 16-da sosial şəbəkədə Paşinyanın qızı Mariam Paşinyanın cangüdənin müşayiəti ilə bir oğlanla İrəvan küçələrində gəzməsi ilə bağlı video yayılıb. Daha sonra müəyyən oldu ki, Mariami müşayiət edən gənc Paşinyanın məcburi hərbi xidmətdə olan oğlu Aşot Paşinyandır.

Alpər Mövludoğlu

Mənbə: ordu.az