Trampın Rza Zərrabla bağlı tələbi qalmaqala səbəb oldu

Trampın Rza Zərrabla bağlı tələbi qalmaqala səbəb oldu

Amerika Birləşmiş Ştatlarında (ABŞ) İran əsilli Türkiyə vətəndaşı Rza Zərrabla bağlı qalmaqallı iddia ortaya çıxıb.

“Yeni Sabah” xarici mediaya istinadən bildirir ki, ABŞ prezidenti Donald Tramp həmin dönəmin xarici işləri naziri Reks Tillersona Amerikada məhkəməsi olan Rza Zərrabın azadlığa buraxılmasını istəyib. Lakin nazir bunun məhkəməyə müdaxilə olacağını qeyd edərək təklifi rədd edib.

Qeyd edək ki, Rıza Zərrab İran hökuməti adından ölkəyə tətbiq olunan sanksiyalardan qaçmaq üçün qurduğu mexanizmin parçası olaraq yüz milyonlarla dollarlıq əməliyyatlar həyata keçirdiyi üçün həbs olunub. Zərrabdan başqa Kamelya Cəmşidi və Hüseyn Nəcəfzadə adlı iki İran vətəndaşının da həbs olunduğunu bildirilir. Hazırda R.Zərrab bank sənədlərini saxtalaşdırmaqda və çirkli pul yumaqda günahlandırılır və bu ittihamlara görə ona 75 il həbs cəzası düşür.

Mənbə: yenisabah.az