Ərdoğan AB-ni sərhədləri açmaq və qaçqınları Avropaya buraxmaqla hədələyib

Ərdoğan AB-ni sərhədləri açmaq və qaçqınları Avropaya buraxmaqla hədələyib

Ərdoğan AB səlahiyyətlilərini, ölkənin sərhədlərini açaraq suriyalı qaçqınları Avropaya buraxmaqla təhdid edib...

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Avropa Birliyi səlahiyyətlilərinin Suriyadakı "Barış pınarı" hərbi əməliyyatını pisləməsini tənqid edib.

İnterAz TASS-a istinadən xəbər verir ki, Ərdoğan AB səlahiyyətlilərini, ölkənin sərhədlərini açaraq suriyalı qaçqınları Avropaya buraxmaqla təhdid edib.

"Ey, Avropa Birliyi, özünü ələ al! Əməliyyatımızı işğal adlandırmağa cəhd etsəniz, işimiz çox sadədir - sərhəd məntəqələrini açacayıq və 3,6 milyon qaçqını siz tərəfə buraxacayıq", o deyib.

Xatırladaq ki, ötən gün Türkiyə Silahlı Qüvvələri "Azad Suriya Ordusu" ilə birlikdə “Barış pınarı” antiterror əməliyyatına başlayıb.

Mənbə: www.interaztv.com