Üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Üç partiyanın səlahiyyətli nümayəndələri qeydə alındı

Mərkəzi Seçki Komissiyası tərəfindən 3 siyasi partiyanın 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Bununla bağlı məsələ komissiyanın bugünkü iclasında müzakirə olunub.

Bunlar Respublikaçı Alternativ (REAL), Ağ Partiya və Vətəndaş Həmrəyliyi partiyalarıdır. Hər 3 partiyanın seçkilərdə səlahiyyətli nümayəndələri qeydə alınıb.

Mənbə: qafqazinfo.az