Zelenski Orbanın atəşkəs təklifini rədd etdi

Zelenski Orbanın atəşkəs təklifini rədd etdi
Ukrayna Macarıstanın Baş naziri Viktor Orbanın Rusiya ilə müharibədə atəşkəslə bağlı təklifini rədd edib.
Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı Ukrayna Prezident ofisinin sədr müavini İqor Jovkva açıqlayıb.
İ.Jovkva bu haqda Ukraynanın yutubda yayımlanan telemarafondakı çıxışı zamanı danışıb.
“Baş nazir öz fikrini söyləyib. Bu, hadisələrin mümkün inkişafına dair mövqe bildirən ilk ölkə deyil. Prezident Zelenski həmsöhbətini dinləyib və mövqeyini ifadə edib. Ukraynanın mövqeyi kifayət qədər dəqiq, aydın və bəllidir”, - o deyib.

Mənbə: www.bakupost.az