Ostin: ABŞ Ukraynaya üçün yeni yardım paketinə əlavə HHM sistemlərini daxil edəcək

Ostin: ABŞ Ukraynaya üçün yeni yardım paketinə əlavə HHM sistemlərini daxil edəcək

Ukraynaya yeni hərbi yardım paketinə əlavə hava hücumundan müdafiə vasitələri daxil ediləcək.

Bunu Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynalı həmkarı Rustem Umerovla görüşündə bildirib.

“Bu paketə əlavə hava hücumundan müdafiə vasitələri, tank əleyhinə silahlar, eləcə də arsenalımızdan kritik sursatlar daxil ediləcək”, - Ostin vurğulayıb.

Mənbə: apa.az