20 Yanvar faciəsinin Azərbaycanxalqının həyatında mühüm rol oynadığı, onun gələcəyinə, tarixi inkişaf yolunacidid yön verdiyi şübhəsizdir. Məhz 20 Yanvar faciəsi fonunda milli kimlikmübarizəsinin zirvəsinə yüksələn Azərbaycan xalqı, 1990-cı ilin 20 yanvartarixində öz azadlığı uğrunda sovet imperiyasına meydan oxumaqdan çəkinmədiyini,öz həyatı bahasına olsa belə, istiqlalına qovuşmaq niyyətində qəti olduğunuortaya qoydu.
147 insanı şəhid edən, 638nəfərin yaralanmasına səbəb olan, 841 vətəndaşımızı qanunsuz həbsiedən, bununlada Azərbaycan cəmiyyətində qorxu və xofmühiti formalaşdırmağa çalışan sovet Kremli, qısa zamanda anladı ki, heç birqüvvə Azərbaycan xalqını öz azadlıq istəyindən imtina etməyə vadar edə bilməz.
20 Yanvar hadisələrindəndərhal sonra sovet imperiyasının qorxunc cinayətinə qarşı etiraz əlaməti olaraqBakılda və respublikamıızn digər bölgələrində həyata keçirilən etirazaksiyaları, Azərbaycan xalqının milli şurundakı oyanışdan, onun öz taleyinin sahibiolmaq istəyindən xəbər verirdi. Hansı ki, milyonlarla insan bu istəyin reallaşmasıüçün öz həyatını qurban verməyə hazır olduğunu nümayiş etdirir, sovetimperiyasına nifrət püskürürdü.
Azərbaycan xalqının məhzbu qətiyyəti sovet imperiyasını geri çəkilməyə vadar etdi. Xalq öz qəhrəmanoğul və qızlarının qanı və cəsarəti hesabına azadlığa gedən yolda açdığıcığırla irəliləməyə, istiqlaliyyətini təmin etmək üçün daha sistemli addımlaratmağa başladı.
20 Yanvar olayları sovetimperiyasının qeyri-səmimi siyasi mahiyyətini, onun cinayətkar idarəetməsisteminə malikliyini də ortaya çıxardı. Bakıda Azərbaycan xalqına qarşı sözünhəqiqi mənasında qətliam həyata keçirən imperiyanın törətdiyi qırğınlar zamanı,milliyyətcə başqa xalqlara məxsus olan digər vətəndaşlar da həlak oldu ki, buda “xalqlar dostluğu” imperiyasının gerçəkləşdirdiyi “xalqlar qırğını” idi.
20 Yanvar faciəsi sovetimperiyasının bütün dünyadakı nüfuzuna ciddi zərbə vurmaqla yanaşı, onundaxilindəki çürümə prosesinin sürətlənməsinə, yalnız Azərbaycanın deyil, digərxalqların da azadlığa gedən yolunun aydınlanmasına səbəb oldu. Başqa sözlə desək, Azərbaycanxalqı 1990-cı ilin 20 yanvar tarixində sərgilədiyi qəhrəmanlıqla digər müttəfiqrespublikaların azadlığına da böyük töhfə vermiş oldu.
20 Yanvarla bağlı ən çoxqürurverici məqamlardan biri də bu hadisələrə ümummilli liderin çevik vəoperativ reaksiyası oldu. 20 Yanvar hadisəsindən dərhal sonra baş verənlərəmünasibət bildirən Heydər Əliyev, sadəcə xalqının taleyinə olan həssaslığınıortaya qoymadı. O, həm də məlum olaylara sərt və qətiyyətli yanaşma tərzi ilə dünyaictimai rəyinin formalaşmasında, bəşəriyyətin sovet imperiyasının Bakıda törətdiyiqırğınlara düzgün yanaşmasında mühüm rol oynadı. Qanlı Yanvar hadisələri fonundaulu öndər bir kəs daha Azərbaycan xalqına öz sadiqliyini nümayiş etdirməkləyanaşı, onun düşmənlərinə susmayacağını, bu cinayəti beynəlxalq aləmdə ifşa edəcəyimesajını verdi.
Xatırlayaq ki, HeydərƏliyev 20 Yanvar olaylarından bəhs edərkən bu hadisədə öz qəhrəmanlığı ilətarix yazan şəhidləri Azərbaycan xalqının mili iftixar mənbəyi kimi xarakterizəedib və onların tarixdə məhz bu cür qalacağını vurğulayıb:
“20 Yanvar şəhidlərinin qəhrəmanlığıAzərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanınbugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmanlığından nümunəgötürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyiniqorumaq üçün daim mübarizədə olacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərliknümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nəqədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıqnümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır”.
Bəli, 20 Yanvar Azərbaycanxalqının xilas günü, qurtuluş günüdür və biz bu günü hər şeydən öncə öz şəhdilikləriilə bizə bəxş edən insanlarımıza borcluyuq. Və hər kəs bilməlidir ki, Azərbaycanxalqı sonsuza kimi ona azadlıq bəxş edən şəhdilərinə olan borca sadiq qalacaq.
Mənbə: moderator.az