Liviyada miqrantların saxlanılması mərkəzlərində təxminən 6 min nəfər var

Liviyada miqrantların saxlanılması mərkəzlərində təxminən 6 min nəfər var

Bakı. Trend:

Liviyada miqrantların saxlanılması mərkəzlərində təxminən 6 min nəfər var.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatından bildiriblər.

Məlumatda deyilir: "Liviyada 650 mindən artıq miqrant var, onlardan təxminən 6 mini qadınlar və uşaqlarda daxil olmaqla miqrantların saxlanılması mərkəzlərindədir".

Qeyd edilir ki, hazırda Liviyada ölkə ərazisində davam edən münaqişələr səbəbindən təxminən 300 min məcburi köçkün var.

Mənbə: az.trend.az