Tramp Avropaya İŞİD-lə bağlı çağırış etdi

Tramp Avropaya İŞİD-lə bağlı çağırış etdi

ABŞ prezidenti Donald Tramp Suriyada saxlanılan İŞİD məhbusları ilə bağlı Avropa ölkələrinə çağırış edib.

Publika.az xəbər verir ki, Ağ Evin başçısı Avropa ölkələrinin vətəndaşları olan İŞİD-çiləri geri almalı olduğunu bildirib.

“Avropa dəfələrlə tələb edildiyində, onları geri almalı idi. İndi bunu etməlidirlər. ABŞ-a əsla gələ bilməyəcəklər, ya da girmələrinə icazə verilməyəcək”, - Tramp tvitterdə yazıb.

Prezident həmçinin ABŞ-ın İŞİD-çi məhkumların “ən pisləri”ni əlində saxladığını, Türkiyə və kürdlərin (YPG/PKK) İŞİD terrorçularının qaçmasına imkan verməməli olduğunu söyləyib.

Mənbə: publika.az