Kaçinski qalib gəlir – AB-yə “sürpriz”

Kaçinski qalib gəlir – AB-yə “sürpriz”

Polşada keçirilən parlament seçkisinin ilkin nəticəsi bilinib.

Axar.az xəbər verir ki, Yaroslav Kaçinskinin hakim Haqq və Ədalət Partiyası ekzit-polların nəticəsinə əsasən, 43,6% səs toplayıb. Ondan sonrakı yeri Brüssellə sıx əlaqələrin tərəfdarı kimi çıxış edən Mülki Koalisiya tutub. Müxalifətin koalisiyası 27,4% səs toplayıb. Sonrakı pillələrdə Demokratik Sol İttifaqı (11,9%), Polşa Kəndçi Partiyası (9,6%), ultrasağçıların Konfederasiya koalisiyası (6,4%) qərarlaşıb.

Qeyd edək ki, hakim Haqq və Ədalət Partiyasının Brüssellə münasibətləri normal deyil. Üstəlik, partiya Almaniyanın iqtisadi və siyasi təsirinə qarşı əsas müqavimət göstərən siyasi qurum kimi tanınır.

Partiya ABŞ-la münasibətlərin sıxlaşdırılmasına xüsusi önəm verir.

Mənbə: axar.az