İmran Xan Səudiyyə və İran arasında vasitəçilik fonunda Ayətullah Xamenei ilə görüşüb

İmran Xan Səudiyyə və İran arasında vasitəçilik fonunda Ayətullah Xamenei ilə görüşüb

İmran Xan Ayətullah Xamenei ilə görüşü zamanı İslamabadda Səudiyyə və İran rəsmilərinin görüşünə və danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib...

Pakistan baş naziri İmran Xan İrana səfəri çərçivəsində İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İmran Xan Ayətullah Xamenei ilə görüşü zamanı İslamabadda Səudiyyə və İran rəsmilərinin görüşünə və danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu bildirib.

İmran Xanı qəbul edən Ayətullah Xamenei də öz nöbəsində bildirib ki, onlar bölgə ölkələrinin heç biri ilə ədavətləri yoxdur və onlarla danışıqlar təbiidir.

Lakin Ayətullah Xamanei buna əsas maneənin bəzi region ölkələrinin Amerikanın qərarları ilə hərəkət etmələri, İraq və Suriyada terror və təkfirçi birləşmələri dəstəkləmələri eləcə də Yəməndə müharibə aparmaları olduğunu bildirib.

Ayətullah Xamenei əlavə edib ki, Yəməndə müharibənin dayandırılmasının çox müsbət nəticələri olacaq.

Eyni zamanda İran prezident Həsən Ruhani İmran Xanla birgə mətbuat konfransında bildirib ki, İranın qarşı tərəfin atacağı müsbət addımlara cavabı da müsbət olacaqdır.

Mənbə: www.interaztv.com