“Ticarət savaşı” bitir: Çin öhdəliyinin icrasına başladı

“Ticarət savaşı” bitir: Çin öhdəliyinin icrasına başladı

Çin artıq amerikalı fermerlərdən böyük həcmdə kənd təsərrüfatı məhsulları almağa başlayıb.

Cebhe.info xəbər verir ki, bunu Prezident Donald Tramp deyib. O bildirib ki, beləliklə Çin ABŞ-la ticarət sazişində öz payına düşən öhdəliyin icrasına başlayıb.

Sazişin şərtlərinə görə, Çin bir neçə həftə sonra imzalanacaq sazişi gözləmədən dərhal Amerikadan kənd təsərrüfatı məhsullarının alışını başlatmalıdır. Görünən odur ki, rəsmi Pekin sazişin bu bəndini yerinə yetirir.

Tramp bəyan edib ki, sazişin birinci hissəsi başa çatdıqdan sonra danışıqların ikinci mərhələsi başlayacaq. Ola bilsin ki, sənəd Çilidəki görüşdə imzalansın.

ABŞ-la danışıqlarda irəliləyiş əldə olunmasını Çin də etiraf edib.

Xəzər
Cebhe.info

 

 

Mənbə: cebhe.info