“Azərbaycanla Türkiyə arasında heç bir problem yoxdur” - Səfir

 “Azərbaycanla Türkiyə arasında heç bir problem yoxdur” -  Səfir

Azərbaycan - Türkiyə əlaqələri ən ən yüksək səviyyədə irəliləməkdədir. Azvision.az xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim “Anadolu” agentliyinə bildirib. Diplomat deyib ki, iki ölkənin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında çox isti şəxsi əlaqələr mövcuddur. Bu da Türkiyə və Azərbaycanın iqtisadiyyat, müdafiə, siyasət və digər bütün sahələrdə əlaqələrin daha da inkişafı üçün zəmin yaradır: "Dünyada digər dövlətlər arasında belə münasibətlər yoxdur".

Səfir Xəzər İbrahim Türk Şurasının bu gün və sabah keçiriləcək zirvə görüşündə dövlət başçıları arasında ikitərəfli görüşlərin keçiriləcəyini və müxtəlif müqavilələrin imzalanacağını söyləyib.

"Bir millət iki dövlət" yalnız ifadə deyil, bu, hər sahədə özünü göstərir".

Türkiyədə iki ildir səfir vəzifəsində çalışdığını deyən X.İbrahim, ötən müddətdə prezidentlərinin 9 dəfə görüşdüyünü vurğulayıb: "Türkiyə və Azərbaycan arasında heç bir problem yoxdur. Ola da bilməz. Hər sahədə yaxşı əlaqələrimiz mövcuddur".

P.Sultanova

Mənbə: azvision.az