Zelenski əhaliyə çağırış etdi –"Rusiya televiziyasına material verməyin"

Zelenski əhaliyə çağırış etdi –"Rusiya televiziyasına material verməyin"

Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 14-də Vətənin Müdafiəçisi Günündə yürüşə çıxanları Rusiya telekanallarına material verməməyə çağırıb.

Adətən, Rusiya telekanalları yürüşlərdən bu ölkəni mənfi çalarda göstərməkdən ötrü istifadə edirlər.

Oktyabrın 13-də sosial media postunda Zelenski yürüşçüləri “Rusiya televiziyası üçün bəlağətli təsvir yaratmaq istəyənlərin təxibatına uymamağa” çağırıb.

Rusiya TV proqramlarında adətən Ukraynanın faşist meylli azğın millətçilər tərəfindən idarə olunduğu iddia edilir.

Vətənin Müdafiəçi günü Ukraynada yeni bayramlardandır, Rusiya Krım yarımadasını ilhaq edəndən sonra təsis olunub. Bu gün millətçi qruplar, müharibə veteranları, Donbas münaqişəsi könüllüləri bir araya gəlirlər.

“Oktyabrın 14-də paytaxtda xeyli veteran və könüllü olacaq. Donbasdakı durumun gələcək inkişafından narahatlığınızı anlayıram. Haqlı olaraq uğrunda savaşdıqlarınızı itirmək istəmirsiniz. Ukrayna prezidenti və Ali baş komandan kimi buna heç vaxt imkan verməyəcəyimi sizə vəd edirəm”, – Zelenski yazıb.

Polis ölkə boyunca 300-dək müxtəlif yürüşün planlaşdırıldığını bildirir.

Zelenski elə həmin postunda hüquq-mühafizə orqanlarını bayram günü ictimai asayişi təmin etməyə çağırıb.

Oktyabrın 14-də əsasən pravoslav xristianlar olan milyonlarla ukraynalı dini bayram – Müqəddəs Məryəmin Hifzi Gününü qeyd edir.

Bu gün həm də 2-ci Dünya müharibəsi zamanı Ukrayna Qiyam Ordusunun (UPA) yaranması günüdür.

Keçmiş Prezident Petr Poroşenko 2014-cü ilin oktyabrında bu günü təsis edib, sovet vaxtı fevralın 23-də qeyd olunan Vətən Müdafiəçisi gününü ləğv edib. (azadliq.org)

Mənbə: strateq.az