Azərbaycandan olan millət vəkilindən İranı SİLKƏLƏYƏN ÇIXIŞ: Biz dünənə kimi...

İran parlamentinin Şərqi Azərbaycandan olan millət vəkili Məhəmməd Həsən Nejad bəzi həmkarlarının PYD/PKK terror təşkilatının lehinə söylədiyi fikirlərə sərt reaksiya göstərib.

O, millət vəkillərinin Türkiyənin Suriyanın şimalında başladığı “Sülh çeşməsi” (Barış pınarı) əməliyyatından sonrakı mövqe dəyişikliyini tənqid edib.

“Biz dünənə kimi onlar barəsində “ABŞ-ın dəstəklədiyi terrorçulardır və əsgərlərimizi şəhid edirlər” deyirdik. İndi bu terrorçulara niyə üzülürük?”, - o deyib.

Bəzi millət vəkillərinin əməliyyatın kürt millətinə qarşı olması barədə fikirlərə gəlincə, Məhəmməd Həsən Nejad ölkədə yalnız bir – İran milləti olduğunu, “kürd milləti” ifadəsinin separatçı kürdlər üçün faydalı olduğunu bildirib.

“Bu İran parlamentidir, yoxsa Suriya kürdlərinin parlamentidir”, - o vurğulayıb.

Qeyd edək ki, İran oktyabrın 9-da başladılan "Sülh çeşməsi" əməliyyatına sərt reaksiya göstərib.//publika

Muxalifet.az

ƏVVƏLKİ XƏBƏR

Deputatın və hakimin oğlu tanışlarını döyüb öldürdülər

SONRAKI XƏBƏR

Zelenski əhaliyə çağırış etdi –"Rusiya televiziyasına material verməyin"