RUSİYA DÜŞMƏN OBRAZINI NECƏ YARADIR

RUSİYA DÜŞMƏN OBRAZINI NECƏ YARADIR

“Deyəsən, Kremldə “yeni unudulmuş köhnədir” məsəlini xatırlayıblar. Oktyabrın 4-ü Rusiya tərəfindən işğal edilən Abxaziyanın əsas informasiya agentliyi “ApsnıPress” ABŞ-ın Zaqafqaziyada iştirakını gücləndirməsi haqqında material yayımlayıb”, - Veronika Aksyonova “Qruziya Online” portalında yazır.

Jurnalist qeyd edir ki, məqaləni dörd hissəyə bölmək olar: hədəf auditoriyası, qorxu amili, düşmən obrazının yaradılması, Rusiya - regionun təhlükəsizlik qarantı.

Qorxu amili

1. Məqalə müəllifi amerikalı mənbələrə istinadən yazır ki, Vaşinqton ilk dəfə 2003-cü ildən ABŞ-ın Avropa Komandanlığının sərəncamına təxminən 2,5 min ədəd ağır texnika göndərib. Qeyd edilən texnikanın Avropanın “hərbi əməliyyatlar teatrında” yerləşdirilməsi və Bolqarıstan, Estoniya, Macarıstan, Latviya, Litva, Polşa, Rumıniya və Gürcüstan silahlı qüvvələri ilə qarşılıqlı fəaliyyətdə istifadə edilməsi nəzərdə tutulub.

2. Ardınca müəllif Gürcüstanda keçirilən “Agile Spirit 2019” təlimlərinə diqqət çəkir. Rəsmi məlumatlara əsasən, həmin tədbirlərdə NATO-a üzv olan və alyansın tərəfdaşları sırasından 14 ölkədən 3300 hərbçi iştirak edib. Və oxucuları daha çox qorxuya salmaq üçün təlimlərdə istifadə edilən hərbi texnika sadalanıb.

Düşmən obrazın yaradılması

Məqalədə ABŞ-dan düşmən obraz yaradılır, onun Qafqaz regionu və Gürcüstanın ayrı-ayrı bölgələri üçün necə bir təhlükə daşıdığı göstərilir:

1. ABŞ regionda hərbiləşdirmə amili kimi 2. ABŞ-ı regionda hərbi əməliyyatlar başlatmaqla sabitliyi pozmağa çalışan dövlət kimi təqdim etmək 3. Gürcüstan əhalisinin düşüncəsində ölkəni tamamilə ələ keçirməyə çalışan dövlət kimi ABŞ haqqında mənfi fikir formalaşdırmaq.

Aksyonova yazır ki, 60-cı illərdə kağız parçaları, nəşrlər vasitəsilə təbliğatı yaymaq asan idisə, indi rəqəmsal texnologiyalar dövründə faktları dönə-dönə yoxlamaq və müvafiq nəticələr çıxarmaq mümkündür, dolayısıyla:

- Qafqaz regionu və Qara dəniz hövzəsinin yeganə hərbiləşdirmə amili Rusiyadır. Rusiya Gürcüstan ərazilərini, həmçinin Krım yarımadasını işğal etməklə bu bölgələri silah, texnika, HHM sistemləri, taktiki raketlər, yerüstü sahilyanı mühafizə sistemləri ilə doldurub. Onların sayı işğaldan əvvəlki dövrlə müqayisədə qat-qat çoxdur.

- Kremlin dezinformasiya siyasəti qarşısına belə bir məqsəd qoyub: Gürcüstan əhalisini bütün dünyanın bir nömrəli düşməni ABŞ-ın Gürcüstan üzərində tam protektorat qurmağa çalışdığına inandırmaq istəyir. Bəs Rusiyanın protektoratı Gürcüstana nə gətirib? Yaxşı heç nə - parçalanma, ənənələrdən uzaqlaşma, torpaq itkisi, ölkə və kilsələrin talan edilməsi, rüşvətxorluğun dövlət öhdəliyi səviyyəsinə qaldırılması...”

“İndi isə ABŞ və onun müttəfiqləri haqqında. Onların dəstəyi sayəsində bu gün Gürcüstan bütün istiqamətlər üzrə region ölkələri arasında liderdir. 2004-cü ildən ölkənin büdcəsi 700 milyon laridən 12 milyard lariyə çatıb. İqtisadiyyat və investisiyalar daim artır”, - Aksyonova qeyd edir.

“Gürcüstan həqiqətən AB və ABŞ kimi inkişaf etmiş dövlətlərlə əməkdaşlığa maraq göstərir. Bu, həm iqtisadi əməkdaşlığa, həm mehriban qonşuluq və qarşılıqlı yardım prinsipləri istiqamətində hərbi sahəyə də aiddir. Şübhəsiz, inkişaf yolunu müstəqil şəkildə seçməklə bu əməkdaşlıq Gürcüstanda suverenlik və sərhədlərin müdafiəsi, iqtisadi tempin artımı, inflayasiyanın zəifləməsi, ÜDM artımı və gənc nəslin təhsil səviyyəsinin yaxşılaşmasına gətirib çıxaracaq”, - icmalçı sonda yazır.

Mənbə: www.xpressa.net