Alçaqlığa ucaldılan abidə - VİDEO

Alçaqlığa ucaldılan abidə - VİDEO

Bu Ermənistan rejiminin idealogiyasına ucaldılan abidədir. Faşizm ideologiyasının banisi Hitlerin dostu olan Qarigen Njde.

Bəlkədə Sarkisyan rejiminin Qaragin kimi qara ləkəsini Paşinyan hakimyyəti silsəydi, baş nazir MBD ölkələrinin qarşısında başı bükük oturmazdı. Lakin hadisələr tam əksinə cərəyan etdi.

Gəlin öncə sizə Qaragin Njdedən danışım.

Qareqin Ter-Arutyunyan 1886-cı ilin yanvar ayının 1-də İrəvan Quberniyasının Naxçıvan qəzasında anadan olub.

Njde ləqəbin isə Qareqin Daşnaksütuna üzv olduqdan sonra alır.

Njde "Tseqakron" hərəkatını təsisçisidir. Bu hərəkat qatı millətçi, faktiki faşist ideologiyasına malik bir təşkilat olub. 1937-ci ildə Daşnaksütunun sıralarından ayrılır. Faşist Almaniyası ilə əlaqələr yaradır və Nasional Sosialist Alman Fəhlə Partiyasın rəhbəri Rozenberqlə görüşür, onları Türkiyəyə hücum etməyə çağırır və öz köməyini təklif edir.

1942-ci ildə Dro ləqəbli general Drastamat Kanayanla birlikdə Vermaxt nəznində erməni hərbi birləşmələrinin formalaşdırılmasında iştrak edir.Dro və Njdenin başçılıq etdiyi erməni hərbi birləşmələri, Krım yarımadasının işğalında və Qafqazdakı döyüşlərdə iştirak ediblər.

Sovet hərbi əks-kəşfiyyatı onu həbs edərək Moskvaya göndərir. Bir müddət Dövlət Təhlükəsizlik Nazirliyinin həbsxanasında qaldıqdan sonra Njde İrəvana göndərilir. Məhkəmə zamanı Qareqin Njde antisovet fəaliyyətində və kütləvi qətlləri təşkil etməkdə günahkar bilinir və 25 illik həbs cəzasına məhkum olunur.

Njde 1955-ci ilin dekabr ayının 21də Vladimir şəhərində həbsxanada ölür.

Njdenin kimliyi barədə məncə kifayət qədər danışdıq, indi isə qayıdaq mətləbə. Ermənistanın əvvəlki prezidenti Serj Sarkisyan başda olmaqla erməni rejimində təmsil olunanların əksəriyyəti Azərbaycan torpaqlarının işğalında, azərbaycanlılara qarşı qəddarlıqla törədilən qətliamlarda birbaşa iştirakçı olub. Xocalıda nasizm üslubu ilə soyqırım törədən Sarkisyan yəhudi soyqırımını həyata keçirənlərdən birinə - Njdeyə abidə ucaldır. Bunu sadecə təsadüf olması inandırıcı deyil.

Belə olan təqdirdə Paşinyanın Aşqabadda MDB dövlət başçılarının qarşısında təşvişə düşməsinin əsl mahiyətini anlamaq çətin deyil.

Paşinyan gördüki onların yürütdüyü siyasətin əsl mahiyəti üzə çıxır.

Araşdırmalarımızdan belə qənaətə gəldikki, Dağlıq Qarabağ münaqişəsinin eləcədə Ermənistanın Azərbaycanın ərazi iddialarının mərkəzindədə elə Njdenin ideyaları dayanıb.

Rusiyalı politoloq Andrey Petrov REAL-ın Rusiya bürosuna bildirdiki cari ilin may ayında Rusiya Xarici İşlər Nazirliyinin "Nasizmin qəhrəmanlaşdırılması, irqçilik, irqi ayrı-seçkilik, ksenofobiya və onunla bağlı olan dözümsüzlüyün təşviqinə xidmət edən neonasizm və onun digər növlərinə qarşı mübarizə” adlı məruzəsində bu faktları xatırlatmaqla Ermənistanda nasizmin qəhrəmanlaşdırılmasını qınayıb.

Rusiya Xarici İşlər Nazirliyinin Qaragin Njde ilə bağlı rəsmi münasibəti Rusiya Federasiyası Müdafiə Nazirliyinin Baş Redaksiya Komissiyasının ordu generalı Sergey Şoyqunun sədrliyi ilə nəşr edilən 12 cildlik ensiklopediyanın "Gizli müharibə: Böyük Vətən müharibəsi illərində kəşfiyyat və əks-kəşfiyyat" adlı 6-cı cildində qeyd olunub.

Ensiklopediyada bildirilib ki, Abverqrup 114-də aparılan agentura işi çərçivəsində əks-kəşfiyyatçılar daşnak ordusunun keçmiş generalı, "Njde" təxəllüsü ilə nasistlərə xidmət edən emiqrant Ter-Arutyunyanı aşkar edib və yaxalayıblar. Böyük Vətən müharibəsi illərində Njde Bolqarıstan ərazisində 30-dan çox milliyyətcə ermənini fəaliyyətə cəlb edib, onların Qızıl Ordunun arxa cəbhəsində diversiya hazırlığında iştirak edib. Əks-kəşfiyyat baş idarəsinin əməkdaşları tərəfindən 17 Njde tərəfdarının yaxalanaraq onların terror aktı törətmələrinin qarşısı alınıb.

Müasir Rusiyada həqiqətən məlumdur ki, Qareqin Njde yalnız nasistlərin məxfi agenti deyil, həm də döyüşən ordunun arxa cəhbəsində diversiya-terror aktları törətmək üçün cəlb edən şəxs olub.

Sizi bilmirəm ancaq bu faktların təsadüf olduğuna inanmıram. Ermənilər tarixin onlara məxsus bu qara səhifələrini nə qədər dəyişdirməyə çalışsalarda, bu onların alnına yazılan qara ləkə kimi qalacaq.

Ermənistan əvvəlki hakimiyyətinin Qarigen Njdeyə abidə qoyulması faşizmi və nasizmi qəbul etməyən beynəlxalq ictimaiyyət, həmçinin, İrəvanın özünə müttəfiq hesab etdiyi Rusiya tərəfindən belə ciddi tənqidlə qarşılandı. Bəyan edildi ki, Ermənistanın faşizm kimi qaniçən rejimin əlaltılarını qəhrəmanlaşdırması qəbuledilməzdir.

Məncə Almaniya Bundestaqının qondarma erməni iddiası olan “erməni soyqırımı”nı qəbul etməsi də təsadüfi hal hesab edilməməlidir. Necə deyərlər Yalan ayaq tutar,ancaq yeriməz.

Mənbə: www.realtv.az