"İşlər, yaxşıya getmədən əvvəl daha da pisləşəcək"

"İşlər, yaxşıya getmədən əvvəl daha da pisləşəcək"

Böyük Britaniyanın Milli Tibb Direktoru Prof. Stephen Powis, ölkədə koronavirus ölümlərinin 20 min nəfərdən aşağı qalmasının "yaxşı bir nəticə" olacağını söyləyib.

Böyük Britaniyanın Baş naziri Boris Johnson, evlərə göndərəcəyi məktubla, yeni tip koronavirus (Kovid-19) epidemiyasında "işlərin yaxşıya getmədən əvvəl daha da pisləşəcəyini" bildirir.

Marja xəbər verir ki, hökumətdən verilən açıqlamaya görə, Kovid-19 testi müsbət çıxan Johnson-un məktubu 4 həftə ərzində 30 milyon ailəyə çatacaq.

Məktubunda xalqa evdə qalaraq, Milli Səhiyyə Xidmətlərini (NHS) qorumaları və həyat qurtarmaları üçün çağırış edən Johnson, həmçinin hökumətin epidemiya ilə mübarizə və müəssisələr ilə işçilərini dəstəkləmək məqsədilə tətbiq ediləcək tədbirləri izah edəcək.

"Daha da pisləşəcək"

Ən başından etibarən doğru zamanda doğru tədbirləri görməyə çalışdıqlarını, lazım olsa bunları daha da sərtləşdirəcəklərini qeyd edən Baş nazir, məktubunda, "Sizinlə açıq danışmam mənim üçün əhəmiyyətlidir. İşlər, yaxşıya getmədən əvvəl daha da pisləşəcək" ifadəsini istifadə edir.

Yeri düşmükən Böyük Britaniyanın Milli Tibb Direktoru Prof. Stephen Powis, ölkədə ölümlərin 20 mindən aşağı qalmasının "yaxşı bir nəticə" olacağını bildirib, xalqdan üzərinə düşəni etməsini və hökumətin xəbərdarlıqlarına əməl etmələrini istəyib.

Böyük Britaniya koronavirusa indiyə qədər 1228 nəfər qurban verib.
Ölkədə xalqın evdən çıxmasına məhdudiyyət tətbiq edilib, marketlər və apteklər xaric bütün kommersiya obyektləri bağlanıb.

Mənbə: marja.az