İran Bəhreynin ittihamlarını yalanladı

İran Bəhreynin ittihamlarını yalanladı

Yaxın Şərqdəki terrorçular Bəhreyn kimi fərqli siyasi rejimlərin dəstəyindən istifadə edirlər.

Axar.az xəbər verir ki, bunu Parlamentlərarası İttifaqın 145-ci sammitində çıxışı zamanı İran nümayəndə heyətinin rəhbəri Fatimə Hüseyni söyləyib. O, Bəhreynin İranı Səudiyyə Ərəbistanı neft emalı zavoduna hücumda və Fars körfəzindəki tanker müharibəsini alovlandırmaqda ittiham etməklə regionun reallıqlarını təhrif etmiş olduğunu bildirib.

Hüseyni Bəhreynin ittihamlarını yalan və saxta adlandırıb.

Mənbə: axar.az