Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Vilayət Eyvazovdan yeni - TƏYİNAT

Bakı DYP-ə yeni müavin təyin olunub

Daxili İşlər Naziri general-polkovnik Vilayət Eyvazov Bakı şəhər Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi edib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, nazirin əmri ilə Beyləqan rayon Dövlət Yol Polisi Bölməsinin rəisi Rəşid Piriyev Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini təyin edilib. Bununla da Bakı şəhər DYP-də rəis müavinlərinin sayı 4-ə çatıb.

Mənbə: azxeber.com