ABŞ HHQ-nin “qiyamət” təyyarəsi quş zərbəsi ilə qəzaya uğrayıb

ABŞ HHQ-nin “qiyamət” təyyarəsi quş zərbəsi ilə qəzaya uğrayıb

ABŞ Hərbi Dəniz Qüvvələrinin E-6B “Mercury” təyyarəsi bu ayın əvvəlində Merilenddə sınaq uçuşu zamanı naməlum quş növünün dörd mühərrikindən birinə düşməsi nəticəsində qəzaya uğrayıb.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, quşun mühərrikə daxil olması 2 milyon dollar ziyana səbəb olub.

“Qiyamət” adlandırlılan təyyarə ABŞ-ın sualtı gəmilərinin, Hərbi Hava Qüvvələrinin bombardmançılarını və qitələrarası ballistik raketlərini prezident və Pentaqon rəhbəri ilə birləşdirən, nüvə müharibəsi vəziyyətində nəzarət postu kimi xidmət etmək üçün hazırlanıb.

Təyyarənin düşməsi ilə əlaqədar istintaq davam edir.

Sevinc Əliyeva

Mənbə: ordu.az