ABŞ-ın qərarı İsraili qorxuya saldı

ABŞ-ın qərarı İsraili qorxuya saldı

ABŞ-ın bir müddət əvvəl Suriyadan çıxması Rusiyanı Yaxın Şərqdəki konfliktdə iştirak edən dominant hərbi qüvvə statusuna sahib olmasıyla nəticələndi.

Axar.az xəbər verir ki, bu iddia ilə “Tayms of İsrail” çıxış edib. Qəzet hazırda İsrail rəsmi şəxslərinin çoxunun ABŞ-ın regionu tərk etməsindən narahat olduqlarını bildirib. Onların fikrincə, Trampın qərarı İsrailin düşməni olan İran, Liviya, Suriya və Qəzza sektorundakı qruplaşmalara cəsarət verə bilər.

Bununla bərabər İsrail Moskvanın onun təyyarələrini “yer-hava” tipli raketlərlə məhv edəcəyindən qorxur.

Qəzetə açıqlama verən İsrailin ABŞ-dakı keçmiş səfiri Maykl Oren İsrailin Yaxın Şərqdəki qüvvələr balansının dəyişilməsi ilə barışmalı olduğunu deyib:

“İsrail Rusiyanın onun müttəfiqi olacağına dair görüntü yaratmamalıdır, amma bununla belə, onu düşmən də elan etmək olmaz. Biz onlarla “modus vivendi” (müvəqqəti dövr üçün razılaşma – red.) əldə etməliyik”.

Mənbə: axar.az