"YPG əraziləri tərk edir, heç bir atışma yoxdur" - Ərdoğan

"YPG əraziləri tərk edir, heç bir atışma yoxdur" - Ərdoğan

"Bu gün səhər Milli Müdafiə naziri Hulusi Akarla telefonla danışdım və o, mənə dedi ki, terrorçular nəzərdə tutduğumuz bölgəni tərk etməyə başlayıblar",

Mia.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ərdoğan bildirib ki, Türkiyənin təhlükəsizlik qüvvələri bölgəni tərk etməyəcək və oradakı proseslərə nəzarəti davam etdirəcəklər: "Təhlükəsizlik qüvvələrimiz terrorçuların bölgəni doğurdan da tərk edib-etmədiklərinə nəzarət edəcəklər".

Prezident bölgədə atışmaların davam etməsi ilə bağlı yayılan məlumatları yalan adlandırıb: "Mən Milli Müdafiə naziri ilə danışdım, o da dedi ki, bölgədə heç bir atışma yoxdur. Bununla bağlı yayılan məlumatlar dezinformasiyadır. Bunlara inanmayın. Əsas məqsəd əldə etdiyimiz razılaşmanın həyata keçirilməsinə dəstək olmaqdır".

Xatırladaq ki, dünən ABŞ-ın vitse-prezienti Maykl Pensin səfərində Ərdoğanla "Barış Pınar"ının dayandırılması haqda razılıq əldıə edilib. Razılaşmaya əsasən, YPG 5 gün içində Türkiyənin tələb etdiyi əraziləri tərk edəcək.

Mənbə: www.mia.az