Əgər 120 saatı uğurla başa vursaq… - Ərdoğan

Əgər 120 saatı uğurla başa vursaq… - Ərdoğan

Ötən gün baş tutan görüş nəticəsində 13 maddəlik ortaq bildirişi birlikdə bütün dünyaya açıqladıq.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-la Suriyadakı əməliyyatlar barədə əldə olunmuş razılaşma haqda danışarkən deyib.

“120 saat ərzində YPG-nin təhlükəsiz bölgəni tərk etməsi gündəmdədir. Trampın da bildirdiyi kimi, təhlükəsizlik bölgəsinin sərhədləri 20 mil – 32 kilometr dərinliyi əhatə edəcək. Söz verdilər, mütəmadi şəkildə əlaqə saxlayacağıq. 120 saatı uğurla başa vursaq, bölgəyə sülhü gətirəcəyik”, - Ərdoğan bildirib.

Mənbə: axar.az