Yeddi yaşına çatmış övladlığa götürülən uşağın adı və soyadının dəyişdirilməsi barədə fikri öyrəniləcək

Yeddi yaşına çatmış övladlığa götürülən uşağın adı və soyadının dəyişdirilməsi barədə fikri öyrəniləcək

Azərbaycanda övladlığa götürülən 7 yaşına çatmış uşağın soyadı, ata adı və öz adının dəyişdirilməsi barədə fikri öyrəniləcək.

APA-nın xəbərinə görə, bununla bağlı Ailə Məcəlləsinə dəyişiklik təklif edilir.

Belə ki, Məcəllənin 125.3-cü bəndinə görə, övladlığa götürülən 7 yaşına çatmış uşağın soyadı, ata adı, habelə öz adının dəyişdirilməsi barədə fikri öyrənilir.

Məcəllənin 126.4-cü bəndinə görə isə 10 yaşından yuxarı övladlığa götürülmüş uşağın doğulduğu yerin dəyişdirilməsinə yalnız onun razılığı ilə yol verilir.

Məcəlləyə dəyişiklik Milli Məclisin oktyabrın 22-də keçiriləcək iclasında müzakirə ediləcək.

Mənbə: apa.az