Boris Conson Avropa İttifaqına daha bir məktub göndərib

Boris Conson Avropa İttifaqına daha bir məktub göndərib

London, 20 oktyabr , AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Boris Conson Avropa İttifaqına (Aİ) daha bir məktub göndərib.

AZƏRTAC xəbər verir ki, Boris Conson Parlamentin qərarı ilə Aİ-dən Brexit prosesini 2020-ci il yanvarın 31-dək təxirə salınmasını xahiş edib, ancaq o, məktubu imzalamayıb.

O, oktyabrın 17-də razılaşdırılan Brexit sazişinin parlamentdə təsdiqlənməsi üçün səylərini davam etdirəcəyi bildirib.

Avropa Şurasının rəhbəri Donald Tusk təxirəsalınma tələbini ittifaq liderləri ilə müzakirə edəcəyini açıqlayıb.

 

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

Mənbə: azertag.az