ABŞ-ın müdafiə naziri Əfqanıstana yola düşüb

ABŞ-ın müdafiə naziri Əfqanıstana yola düşüb

ABŞ-ın müdafiə naziri gözlənilmədən Əfqanıstana yola düşüb. Məqsəd Talibanla sülh müzakirələrinin bərpasıdır.

Mark Esper onunla yola çıxan müxbirlərə deyib ki, sülh və siyası razılıq əldə edilməsi irəliyə doğru ən yaxşı addım olacaq.

Ötən ay prezident Tramp bir il davam edən müzakirələri dayandırmışdı. Müzakirələr Əfqanıstanda 18 illik müharibəni başa vura bilərdi.

Əfqanıstan Amerikanın xaricdəki ən uzunmüddətli müdaxiləsi olan ölkədir.

Tramp sülh prosesini “ölü" adlandırıb.

Mənbə: www.amerikaninsesi.org