Dağıstanda 3 tibb mərkəzi tikiləcək: Hökumət 2 milyard ayırdı

Dağıstanda 3 tibb mərkəzi tikiləcək: Hökumət 2 milyard ayırdı

Rusiya hökuməti Dağıstanda koronavirusla mübarizə üçün üç tibb mərkəzinin inşasına 2 milyard rubl ayıracaq.

Cebhe.info xəbər verir ki, bu barədə baş nazir Mixail Mişustin hökumətin iclasında açıqlama verib.

Baş nazirin sözlərinə götə koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə çərçivəsində Dağıstanda ümumi tutumu 200 çarpayılıq olan üç çoxfunksiyalı tibb mərkəzinin tikintisinə hazırlıq başlanıb.

Qeyd edək ki, mayın 20-də Rusiya Prezidenti Vladimir Putin hökumət nümayəndələrinə Dağıstanda epidemioloji vəziyyəti daim izləmək tapşırığını verib.

Mənbə: cebhe.info