Qazaxıstanda son sutka ərzində koronavirusa 272 nəfər yoluxub

Qazaxıstanda son sutka ərzində koronavirusa 272 nəfər yoluxub

Nur-Sultan, 28 may, AZƏRTAC

Qazaxıstanda son sutka ərzində koronavirusa 272 nəfər yoluxub.

AZƏRTAC xəbər verir ki, ölkədə koronavirusa yoluxma artımı 2,9 faiz təşkil edib.

Səhiyyə naziri Eljan Birtanov bildirib ki, karantin tədbirləri fonunda, xəstələnmə nisbətində azalma müşahidə olunur və məhdudiyyətlər yumşaldıqda isə yoluxma sayında artım görünür. Buna görə normal ictimai həyat, iqtisadi fəaliyyət və sanitar təhlükəsizlik tədbirləri arasında tarazlıq tapmaq vacibdir.

Nazir təhlükəsizlik tədbirlərinə əməl olunmazsa, karantin şərtlərinin sərtləşdiriləcəyini bildirib.

Ümumilikdə, pandemiya dövründə Qazaxıstanda koronavirus infeksiyası 9 min 576 nəfərdə aşkarlanıb, 4 min 893 nəfər sağalıb, 37 xəstə dünyasını dəyişib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

Mənbə: azertag.az