Rusiya xarici işlər naziri Sergey Lavrovla BMT baş katibi Antoniu Quterreş arasında telefon danışığı olub.
APA-ın Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Lavrov Quterreşlə Liviyadakı vəziyyəti və koronavirus pandemiyası ilə əlaqədar çağırışlara reaksiya məsələsini müzakirə edib .
Bundan başqa, Rusiya XİN başçısı və BMT baş katibi Suriya probleminə və BMT-nin Liviya münaqişəsinin həllindəki fəaliyyətinə diqqət ayırıblar.
Mənbə: apa.az