Tacikistanda dünən keçirilən təlimlərdə Rusiya ordusunun S-300PS zenit-raket sistemlərinin döyüş heyətləri də iştirak edib. Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın Mərkəz Hərbi Dairəsi məlumat yayıb.
Bildirilir ki, təlimlər zamanı S-300-lər şərti düşmən hədəflərinin hücumlarını dəf edib.
Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında Rusiyanın Tacikistanda yerləşən bazasına S-300 zenit-raket sistemləri təhvil verilib.
Tacikistanda yerləşən 201-ci hərbi baza Rusiyanın sərhədlərindən kənarda yerləşən ən böyük hərbi obyektdir. Hərbi baza Düşənbə və Boqtar şəhərlərində yerləşir. 2012-ci ilin oktyabrında imzalanan müqaviləyə əsasən Rusiyanın Tacikistandakı hərbi bazası 2042-ci ilə qədər qalacaq.
Mənbə: ordu.az