Bir neçə dəqiqəyə 48 nüvə raketi: Səmadan gələn “cəhənnəm”!

Bir neçə dəqiqəyə 48 nüvə raketi: Səmadan gələn “cəhənnəm”!

ABŞ-ın Qara dəniz üzərindəhəyata keçirəcəyi təyyarə uçuşları Rusiya tərəfinin ciddi narahatlığına səbəbolub.

Moderator.az xəbər verirki, ABŞ-ın B1-B strateji hücum təyyarələrinin keçirəcəyi uçuşları yalnız Qara dənizdonanması üçün deyil, Moskva üçün də ciddi təhlükə kimi qiymətləndirən ekspertlər,məsələnin problemləri tərəflərinə diqqət çəkib.

Rus ekspertlərinin sözlərinəgörə, iki ədəd B1-B təyyarəsi bir neçə dəqiqə ərzində 1000 kilometr uzaqlıqdakıhədəfə 48 nüvə raketi ata bilər. Daha bir nüans isə bu təyyarələrdən atılan raketlərinböyük sürət və gizliliklə irəliləməsidir. Mütəxəssilərin fikrincə, aşağıhündürlükdəki hədəflər üçün nəzərdə tutulan hava hücumunda müdafiə sistemlərini belə aldadan bu raketlərinS-400-lər vasitəsi ilə vurulması mümkün olsa da, bu sistem JASSM-ER raketlərininheç də hamısının qarşısını almaq üçün yetərli deyil. Ümumiyyətlə, ekspertlərbilditit ki, heç bir havadan müdafiə sistemi bu raketləri tutmağa tam zəmanətvermir. Belə olan halda ABŞ-ın Qara dəniz üzərində nüvə raketləri ilə təchizolunan təyyarələrlə keçiəcəyi təlim, erkspertlər tərəfindən ciddi təhlükə və təhdidkimi dəyərləndirilir. Qara dənizdəki kiçik rus donamasının bu cür hücumaadekvat reaksiya vermək imkanına malik olmadığı da ekspertlərin diqqət çəkdiyiməqamalar sırasındadır.

Seymur ƏLİYEV

Mənbə: moderator.az