Aprel döyüşlərinin əsas günahkarı Xaçaturovdur?

Aprel döyüşlərinin əsas günahkarı Xaçaturovdur?

“Komissiyaya gəlməyən Yuri Xaçaturov şübhələri daha da dərinləşdirdi, amma hansı şübhələrdən söhbət getdiyini söyləməyəcəyəm”. Bunu Ermənistan parlamentinin Aprel döyüşlərini araşdıran istintaq komissiyasının sədri Andranik Köçəryan deyib.

Komissiya işini başa çatdırıb və nəticə çıxarmağa başlayacaq. Köçəryan, Xaçaturovun komissiyaya gəlməkdən və komissiyanın suallarını cavablandırmaqdan imtina etdikdən sonra, artıq hüquq-mühafizə orqanlarının suallarını cavablandıracağını qeyd edib.

Məlumdur ki, Yuri Xaçaturov komissiyanın dəvətini qəbul etməkdən və suallarına cavab verməkdən imtina edən yeganə keçmiş yüksək vəzifəli məmur olub.

Xaçaturov niyə gəlmədi? Aprel ayında baş verən döyüşlərdə onun davranışı ilə bağlı müxtəlif şayiə və fikirlər yayılıb. Bu ifadələr əsasında, “1 Mart” işində adı keçən Xaçaturov politoloq Stepan Qriqoryanı ona böhtan atmaq iddiası ilə məhkəməyə verib.

Xaçatoruv niyə komissiyadan imtina edib? Bu, sırf şəxsi vəziyyətdən irəli gələn bir qərardır, yoxsa hərbi-siyasi şərtlərlə əlaqəlidir?

Burada başqa bir vacib məsələdə var. Xaçaturov gəlsəydi, yenə də məsələ hüquq-mühafizə orqanlarına gedib çıxacaqdı, yoxsa Xaçaturov gəlmədiyi və suallar açıq qaldığı üçün məsələ hüquq mühafizə orqanlarına gedib çıxır? Cavab, çox güman ki, sentyabr ayınadək yayımlanacaq komissiyanın rəyində verilə bilər.

O zamana qədər Xaçaturov Ermənistanda olacaq, yoxsa hüquq-mühafizə orqanlarının sualları yarandığı bir məqamda Rusiyada peyda olan və orada özünə sipər tapan digər məmurların sırasına qoşulacaq? Əlbəttə ki, “1 Mart” işində general Xaçaturov orada qalmadı, qayıtdı və prosesdə iştirak edir. Aprel müharibəsi ilə əlaqədar erməni hüquq-mühafizə orqanlarının suallarını cavablandırmaq üçün də eyni vəziyyət olacaqmı?

Digər tərəfdən, dərin mənada başqa bir sual da yaranır, Xaçaturov “əsas günahkar”a çevrilir. Bu, ən səmərəsiz ssenari olacaq, çünki mənəvi və psixoloji baxımdan müəyyən ictimai əhval-ruhiyyəni qane edə bilər, amma digər tərəfdən bu “təyinat” döyüşlərin mexanizminin tam açıqlanması demək deyil, əksinə, Xaçaturovla bu mexanizmin gizlədilməsi demək ola bilər.

“Lragir.am” nəşri yazır ki, döyüşlərdən əvvəl Ermənistana qarşı hərbi-siyasi mərhələ başlayıb.

“Daha geniş şəkildə desək, Rusiya siyasətinin “çatısı altında” və bu çatı altında müharibəyə hazırlaşması ilə başlayıb. Ermənistanda isə bu proses Xaçaturova çatmamışdan əvvəl bir sıra siyasi qurumların fəaliyyəti şəklində ört-basdır edilib”, - deyə nəşr qeyd edir.

 

Mənbə: ordu.az