Ermənistan Polisində ciddi kadr dəyişiklikləri gedir - Osipyanın kadrları uzaqlaşdırılır

Ermənistan Polisində ciddi kadr dəyişiklikləri gedir - Osipyanın kadrları uzaqlaşdırılır

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən polisin daxili təhlükəsizlik idarəsinin rəisi Robert Smbatyan vəzifəsindən azad olunub. Onu isə bu vəzifəyə Valeri Osipyan təyin edib.

Bir qayda olaraq bu vəzifəyə Ermənistan Polis rəislərinin ən etibarlı adamları təyin olunur və Polis rəisi uzaqlaşanda daxili təhlükəsizlik idarəsinin rəisi də uzaqlaşdırılır. Smbatyan cinayət-axtarış idarəsinin rəisi təyin olunub. Şənbə günü iki vilayət polisi idarəsi - Qeğarkunik və Vayots Dzorun rəisləri də vəzifəsindən azad olunub və onların yeri hələki boşdur.

Bəzi məlumatlara görə, Polis rəisi vəzifəsini müvəqqəti icra edən Arman Sarkisyan sələfinin kadrlardan azad olmağa və əsas vəzifələri özününkülərlə doldurmağa qərar verib. Bir neçə gün əvvəl Araqatsotn vilayətinin polis rəisi də vəzifəsindən azad olunub və Polis rəisi vəzifəsini müvəqqəti icra edən Arman Sarkisyanın kurs yoldaşı Vahan Ağqaşyan təyin olunub.

Məlumatlara görə, Sünik vilayət idarəsinin rəisi Gevorq Azizyan da onun kurs yoldaşıdır. Rəsmi məlumatda Robert Smbatyanın başqa vəzifəyə təyin olunması xəbəri təsdiqlənib.

Alpər Mövludoğlu

Mənbə: ordu.az