Myanmanın "Arakan" ordusu

Myanmarın etnik qruplaşmalsrı ilə hökumət qüvvələri arasında münaqişə getdikcə kəskinləşir. Yeni döyüşçülər Kaçin əyalətində təlim düşərgələri quran `"Arakan" ordusu və "Kaçin İstiqlal Ordusu" (KİA) kimi qruplara cəlb olunur.

Hökümət qüvvələri ilə etnik hərbi qüvvələrin ittifaqı arasındakı döyüşlər gücləndikcə etnik bölgələrdə yeni əsgərlərə ehtiyac artır.

Artıq vilayətdə bir bölgəyə nəzarət edən "Kaçin İstiqlal Ordusu" 10 il əvvəl yaradılan "Arakan" ordusunu hərbi baza ilə təmin edir. `Arakan Ordusu`nun qadın əsgəri Soe: "Arakan" ordusuna qoşulmağımın və bir qadın əsgər kimi yetişməyimin səbəbi, Myanma ordusunun zülmü və Raxin xalqını öldürməsinə qarşı olmağımdır. Myanma ordusu müxtəlif yollarla bizi qorxudur və pis rəftar edir. Buna görə də millətimə və orduma xidmət etmək qərarına gəldim."

"Arakan" ordusunun komandan yardımçısı, eləcə də tibbi hazırlığa nəzarət edən doktor Nyo Tun Aun Raxine əyalətində yalnız Rohinca müsəlmanlarına deyil, digər etnik nqruplara da hücum edildiyini deyir.

Buddist təriqətindən olmalarına baxmayaraqü, Arakan vətəndaşları hələ də Birma ordusunun mərkəzi hədəfi olaraq qalır.

Raxin əyalətində inkişaf etdirilən əsas iqtisadi zonalar - Çin və Hindistan tərəfindən maliyyələşdirilən, artıq minlərlə vətəndaşın sahil boyu yerdəyişməsinə səbəb olmuşdur. "Arakan" ordusu komandirinin müavini doktor Nyu Tan Aun: "Rakxindəki benqallarla bağlı problem yarananda dünya onlara diqqət yetirdi, qayğılarına qaldı. Bizx dünyaya müraciət etmək `bizə də baxın, görün Atakan xalqı nə vəziyyətdədir. Benqallar kimi bizim də qayğımıza qalın` demək istəyirik."

Raxin vilayətində inkişaf edən əsas iqtisadi zonalar Çin və Hindistan tərəfindən maliyyələşdirilən zonalardır ki, bu da artıq minlərlə insanın sahil boyu yerdəyişməsinə səbəb olub.

"Arakan" ordusunun dediyinə görə, dənizin dibindən gedən boru kəmərlərinin qonşu ölkələri neft və qazla təmin etməsinə baxmayaraq, yerli əhali həmin gəlirdən faydalanmır. Leytenant Kyav Tan: "Bir gün dağın başında durub paytaxta baxırdım, Şəhər işıqlar içərisində idi. Ancaq dönüb kəndimizə baxanda, kəndimizi qaranlıq içərisində gördüm. Bu məni çox kədərləndiri."

Müttəfiq üzvlərlə atəşkəs razılığı müzakirə edildiyi bir vaxt Myanma polisinin "Arakan" ordusunun dörd liderinə qarşı polis məntəqəsinə hücumla bağlı irəli sürdüyü terror ittihamları hələ də gündəmdədir.

Amerikaninsesi.org

ƏVVƏLKİ XƏBƏR

Qaxda sərxoş oğul 83 yaşlı anasını döydü

SONRAKI XƏBƏR

Oğlunun yatağında kabus gördüyünü hesab etdi, həqiqət öyrəndikdə isə...