“ABŞ və NATO Türkiyəyə etibarlı həmkar kimi baxa bilməzlər” – Amerikalı ekspert

“ABŞ və NATO Türkiyəyə etibarlı həmkar kimi baxa bilməzlər” – Amerikalı ekspert

Amerika Birləşmiş Ştatlarının (ABŞ) və NATO-nun digər üzvlərinin Türkiyəyə yönəlik münasibəti Suriyanın şimal-şərqində bu ölkənin ordusunun başladığı hərbi əməliyyatdan sonra dəyişməlidir. Çünki Ankara daha etibarlı həmkar sayıla bilməz.

Bu fikiri Nyu-Yorkdakı «Beynəlxalq münasibətlər üzrə Şura» adlı qeyri-hökumət təşkilatının saytında təşkilatın eksperti Maks But irəli sürüb.

«Hətta əgər Türkiyə NATO-da qalsa belə, ABŞ və alyansın digər üvləri belə bir illüziyadan xilas olmalıdırlar ki, Türkiyə etibarlı həmkardır. Onlar Türkiyəyə yarı dost, yarı rəqib ölkə kimi yanaşmalıdırlar. Vaşinqton və Ankaranın qarşılıqlı fəaliyyət göstərə biləcəyi məsələlər qalacaq, ancaq ümumilikdə, Türkiyənin maraqları artıq ABŞ-n maraqlarından radikal şəkildə fərqlənir» – deyə, ekspert bildirib.

Onun fikrincə, ABŞ HHQ öz bazasını İncirlikdən İordaniyaya və ya Fars körfəzi ölkələrinə köçürməli, taktiki nüvə silvhını isə ya ABŞ-a qaytarmalı, ya da NATO üzrə «daha etibarlı həmkarın ərazisində yerləşdirməlidir».

Bundan əvvəl, «The New York Times» qəzeti xəbər vermişdi ki, ABŞ administrasiyası nüvə silahını Türkiyənin İncirlik bazasından çıxarmaq imkanlarını öyrənməyə başlayıb. Səbəb kimi, Ankaranın Suriyada keçirdiyi hərbi əməliyyat irəli sürülmüşdü. Qəzetin mənbəyinin sözlərinə görə, ABŞ-ın enerji nazirliyi və Dövlət Departameninin əməkdaşları bu ölkənin nəzarəti altında İncirdikdə çoxdan saxlanan təxminən 50 vahid taktiki nüvə silahının ərazidən çıxarılması məsələsinə baxıblar.

Oktyabrın 9-da Türkiyə Suriyanın şimalında «Sülh çeşməsi» hərbi əməliyyatının başlandığını elan edib. Əməliyyat Türkiyə HHQ-nin terrorçu kürd birəşmələrinin mövqelərinə endirdiyi aviazərbələrlə başlanıb.

Əməliyyatın aparılmasında məqsəd orada Türkiyə sərhədi üçün müdafiə zolağı təşkil edəcək bufer zonanın yaradılmasından ibarətdir. Ankaranın fikrincə, həmin əraziyə Türkiyədəki Suriya qaçqınları qaytarılmalıdır.

Məlumat üçün bildirək ki, rəsmi məlumatlara görə, «Beynəlxalq münasibətlər üzrə Şura» ABŞ-n qocaman qeyri-hökumət təşkilatlarından biridir və guya beynəlxalq münasibətlər üzrə problemlərin öyrənilməsi ilə məşğul olur. O, 1921-ci ildə təsis edilib, üzvləri isə 4,9 min sabiq yüksək çinli hökumət məmurlarından, kəşfiyyat əməkdaşlarından, bank və elmi dairələrin nümayəndələrindən ibarətdir.

Bütün bunların diplomatik dildən tərcüməsi» isə təxminən, belə səslənər: Təşkilat sionistlərin nəzarəti altında fəaliyyət göstərir və pərdə arxasından sionistlər tərəfindən maliyyələşdirilir. Türkiyənin əməliyyatına yönəlik təşkilatın nümayiş etdirdiyi canfəşanlıq da məhz buradan qaynaqlanır. ABŞ prezidenti Donald Trampın bu ərəfədə Ərdoğana ünvanladığı «tərbiyəsiz məktubda» yer almış «Türkiyənin iqtisadiyyatını çökdürərik» fikiri də məhz sionistlərin mövqeyinin məhsuludur.

Üstəlik, Türkiyənin xarici işlər naziri Çavuşoğlunun Tramp barədə səsləndirdiyi «Tramp hər 5 dəqiqədən bir fərqli tvit yazır – hansına inanaq?» – fikir də təsadüfün məhsulu deyil – açıq-aşkar görünür ki, ABŞ prezidenti sionistlərin total təsiri altında sadəcə, xaotik manevr edir…

Mirzə AĞ
AzPolitika.info

Mənbə: azpolitika.info