Vəkillər Kollegiyasının Aparat rəhbəri işdən çıxdı, yüksək vəzifəyə təyin olundu

Vəkillər Kollegiyasının Aparat rəhbəri işdən çıxdı, yüksək vəzifəyə təyin olundu

Vəkillər Kollegiyasının baş katibi (Aparat rəhbəri) Bayram Orucov işdən çıxıb.

O bu barədə özünün sosial şəbəkə hesabında məlumat paylaşıb.

B.Orucov fəaliyyətini Prezident Administrasiyasında davam etdirəcək.

Qeyd edək ki, B.Orucov 1993-cü ildə anadan olub. O, Üçüncü Yüksəliş müsabiqəsinin qalibidir. B.Orucov 2020-ci ildən Vəkillər Kollegiyasının baş katibi (Aparat rəhbəri) vəzifəsində çalışırdı.

Mənbə: oxu.az